Ermənilər Azərbaycana qarşı kiberqruplar yaratdı
"Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi ölkəmizə qarşı keçirilən kiberhücumları fasiləsiz olaraq nəzarətdə saxlayır".
Publika.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov ASAN radioya açıqlamasında bildirib.
O, qeyd edib ki, aparılan monitorinqlər və əldə olunan kiberkəşfiyyat məlumatlarına əsasən, ermənilərin bir sıra istiqamətlərdə kiberbatalyon adlandırdıqları kiberqruplar formalaşdırdıqları məlum olub:
"Nəzarətə götürülmüş bu kiberqruplar qapalı forumlardan və qapalı teleqram kanallarından koordinasiya olunur. Aparılan müşahidələr kiberhücumları həyata keçirən bu qrupların formalaşdırılmasının qabaqcadan həyata keçirildiyini deməyə əsas verir. Bu da ermənilərin silahlı hücumlarla yanaşı kiberhücumlara da öncədən hazırlaşdırıldığını bir daha sübut edir. Bu kiberqruplaşmalar əsasən dövlət qurumları, bank, media və individual istifadəçiləri hədəfə alıb".
T.Məmmədov qeyd edib ki, erməni hakerləri texniki əməliyyat istiqaməti olaraq 4 qrupa bölünüblər. Bunlar dodos hücumlarını həyata keçirənlər, kibermüdaxilə fəaliyyətini həyata keçirənlər, elektron poçtlara, sosial hesablara və nömrələrə saxta yoluxdurucu fişinq hücumları həyata keçirənlər və saxta profillərlə erməni dezinformasiya siyasətinin yayılmasının təmin edənlərdir.
O, bütün vətəndaşları kütləvi kiberhücum və kütləvi dezinformasiya siyasətinə qarşı ayıq-sayıq olmağa, tanınmayan keçidlərə, tətbiq və zənglərə keçid etməməyə çağırıb və bildirib ki, ölkənin kibertəhlükəsizliyi üçün bütün müdafiə tədbirləri koordinasiyalı şəkildə həyata keçirilir.
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək