"Ermənilər digər rayonlardakı ağacları kəsib, Hadrutdakıları isə turistik abidə kimi saxlayıblar" - AÇIQLAMA

"Ermənilər digər rayonlardakı ağacları kəsib, Hadrutdakıları isə turistik abidə kimi saxlayıblar" - AÇIQLAMA"Ermənilər digər rayonlardakı ağacları kəsib, Hadrutdakıları isə turistik abidə kimi saxlayıblar" - AÇIQLAMA
"Xocavənd rayonunun Hadrut qəsəbəsində təbiət abidəsi kimi qeydə alınan 900 yaşlı Şərq çinarı ermənilər tərəfindən məhv edilməyib".
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Xocavənddə diametri 450 santimetr, hündürlüyü 40 metr olan bu cür 12 təbiət abidəsi var ki, onlardan 7-si Şərq çinarıdır:
"Bu çinarlar Azərbaycan SSRİ Nazirlər Sovetinin 1982-ci il 167 saylı qərarı ilə təbiət abidələri siyahısına daxil edilib. Monitorinq aparılan ərazilərdə üç belə Şərq çinarının kəsilmədən saxlanıldığı aşkarlanıb. Əvvəlki ekspedisiyalardan məlum olub ki, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında təbiət abidəsi kimi qeydə alınan 138 təbiət abidəsindən 123-ü kəsilib. Onlardan da 117-si Şərq çinarıdır. Həmin rayonlarda olan təbiət abidələrinin demək olar ki hamısı kəsilib, yandırılaraq məhv edilib".
O qeyd edib ki, Hadrutda olan üç Şərq çinarı isə turistləri cəlb etmək üçün qorunub saxlanılıb:
"Bu onu deməyə əsas verir ki ermənilər Hadrut qəsəbəsində yaşadıqları üçün buradakı təbiət abidələrindən turistik məqsədlərlə istifadə edib və məhv etməyiblər. Yaşamadıqları ərazilərdə isə hətta yaşı 1400-dən artıq, 2000 ilə yaxın olan təbiət abidələrini məhv ediblər. Zəngilan, Qubadlı, Cəbrayıl və Füzuli rayonlarında olan tarixi abidələrin isə yalnız pöhrələri qalıb. Burda məqsəd mənfur düşmənin həmin ərazilərdə Azərbaycanlıların izlərini silmək olub. Ona görə də həmin ərazilərdə olan abidələri məhv ediblər".
Bununla da media nümayəndələrinin səfəri yekunlaşıb.
İlhamə Əbülfət

Sosial       Tarix: 28 aprel 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


azerbaycan xeberleri yeni xeberler son xeberler dunyada son xeberler bugünki xəbərlər cəbhədən son görüntülər son xeberler bugun 2026 muharibe