Ermənilər döyülmə faktını gizlətmək üçün cinayət işi açdılar - Hərbçilərimizin aqibəti necə olacaq?

Ermənilər döyülmə faktını gizlətmək üçün cinayət işi açdılar - Hərbçilərimizin aqibəti necə olacaq?Xəbər verdiyimiz kimi, Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçiləri - Aqşin Bəbirov və Hüseyn Axundova qarşı cinayət işi açılıb, həbs ediliblər.
Onlar "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda ittiham olunurlar".
Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu azxeber.com-a fikirlərini bölüşüb.
Ermənilər döyülmə faktını gizlətmək üçün cinayət işi açdılar - Hərbçilərimizin aqibəti necə olacaq?Millət vəkili bildirib ki, ermənilərin hərbçilərimizə qarşı bu cür hərəkətləri etnik nifrətin göstəricisidir:
"Hər şeydən öncə, Ermənistana yolunu azaraq getmiş hərbçilərimizə qarşı bu cür münasibətin göstərilməsi erməni barbarlığının, ermənilərin azərbaycanlılara qarşı olan etnik nifrətinin göstəricisidir. Eyni zamanda, Ermənistan cəmiyyətində hakim olan faşizm rəyinin təzahürüdür. Məsələ ondadır ki, təsadüfən baş vermiş bu hadisəni ermənilər xüsusi cinayət kimi təqdim etməyə çalışırlar və Azərbaycan hərbçilərinə qarşı cinayət işi başladıblar. Bu qəti şəkilə yolverilməzdir. Çünki Azərbaycan dəfələrlə ərazisinə xüsusi təxribat məqsədilə deyil, səhvən yolunu azaraq keçən erməni əsgərlərinə qarşı çox humanist davranıb. Onlarla bağlı hər hansı bir cinayət tədbirləri həyata keçirtməyibdir. Çox təəssüf ki, ermənilər bunu edir. Bu onu göstərir ki, Ermənistanın əsas məqsədi regionda sülhün, sabitliyin bərqərar olması deyil, etnik nifrət üzərindən yenidən konfliktlər yaratmaqdır.
Biz əminik ki, müvafiq beynəlxalq təşkilatlar, o cümlədən Qırmızı Xaç Cəmiyyəti və digər humanitar hüquq üzrə ixtisaslaşmış təşkilatlar bununla bağlı Ermənistana təzyiq edəcəklər və bizim heç bir günahı olmayan əsgərlərimiz vətənə geri dönəcəklər. Artıq hər kəsə aydındır ki, bizim hərbçilərimizin üzərində silah olmayıb və onlar dövlət sərhədlərini bilərəkdən keçməyiblər. Bu səbəbdən də ermənilərin sözügedən hadisəyə don geyindirməsi Azərbaycana qarşı düşmənçiliyin bir nümunəsidir".
Mövzu ilə bağlı azxeber.com-a Milli Məclisin deputatı Arzu Nağıyev də münasibət bildirib.
Ermənilər döyülmə faktını gizlətmək üçün cinayət işi açdılar - Hərbçilərimizin aqibəti necə olacaq?O deyib ki, ermənilər KİV-də hərbçilərimizin guya diversant kimi sərhədi keçməsini göstərirlər:
"Ermənilər tərəfindən əsir götürülmüş hərbçilərimizlə bağlı Ermənistan KİV-lərində artıq məlumatlar yayımlanır. Əsas məqam bundan ibarətdir ki, onlar nəyin bahasına olursa olsun hərbçilərimizin guya diversant kimi gəlməsini göstərməyə çalışırlar. Eyni zamanda, aprel ayının 13-də Zəngəzur Mis Kombinatının gözətçisinin ölməsinin məsuliyyətini şişirdərək bizim hərbçilərimiz üzərinə atırlar. Guya gözətçinin telefonu hərbçimizdən tapılıb. Lakin rəsmi olaraq hətta Ermənistanın güc strukturları bunu təsdiq etmir. Əsas məqam ondan ibarətdir ki, bu əsgərlərimiz həbs edilən zaman Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti demək olar ki, hər hansı bir reaksiya vermədi. Onların mütləq şəkildə bizim əsgərlərimizə qarşı olan bu cinayəti, döyülmə faktını, qeyri-insani münasibəti mütləq şəkildə deməliydilər. Sadəcə olaraq bir bəyanat verdilər ki, rəhbərliyə bu barədə məlumat veriblər. Hətta hərbçilərimizlə görüş belə keçirilməyib. Yalnız ailələri ilə əlaqə saxlanılması haqda Ermənistanda olan Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin sədri Zara Amatuni belə bir məlumat verib".
Deputat əlavə edib ki, artıq dünya ictimaiyyəti də bilir ki, burada hansısa təxribatdan, diversiyadan söhbət getmir:
"Ən dəhşətlisi də odur ki, ermənilər istədikləri kimi, bu cinayət faktlarını ortaya qoymağa çalışır, bir-birinə uyğun gəlməyən məlumatlar verirlər. Bununla bağlı məlumdur ki, Azərbaycan Ombudsmanı müvafiq ərizə, bəyanatla çıxış edib. Həmçinin Xarici İşlər Nazirliyi bu məsələnin nə ilə bağlı olmasını və hərbçilərimiz döyülməsi faktlarını qeyri-humanist addım atmaq kimi qələmə verib. azərbaycanda olan bir sıra səfirliklər bununla bağlı narahatlıq keçirir. Əsas məsələ də odur ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən əsgərimizə qarşı döyülmə, işgəncə faktı ilə bağlı müvafiq cinayət işi açılıb və xarici dövlətlərin müvafiq orqanlarına da bu haqda məlumatlar verilib. Bu qurumların işgəncə verən şəxslərlə bağlı məsələləri araşdırması istiqamətində addımlar atılması bildirilib. Təbii ki, Ermənistan çalışacaq ki, müvafiq cinayət maddələri ilə onlara cinayət işi qaldırsın. Bu, sərhəddin qanunsuz keçməsi, və s. bir neçə maddələrdən ibarət ola bilər. Onlar beynəlxalq ictimaiyyət qarşısında döyülmə faktını gizlətmək üçün mütləq cinayət işini qaldıracaqlar. Ermənilərin belə bir əsası yoxdur. Lakin bir daha qeyd etmək istəyirəm ki, artıq dünya ictimaiyyəti də bilir ki, burada hansısa təxribatdan, diversiyadan söhbət getmir, sadəcə olaraq ermənilərə belə bir şəkildə bunu təqdim etmək lazımdır".
Milli Məclisin deputatı Vüqar İskəndərov da azxeber.com-a açıqlamasında bildirib ki, Ermənistan qədər beynəlxalq hüququ və onun prinsiplərini pozan ikinci ölkə tapmaq çətindir:
Ermənilər döyülmə faktını gizlətmək üçün cinayət işi açdılar - Hərbçilərimizin aqibəti necə olacaq?"Erməni dövləti yaradılanda, coğrafiyaya yerləşdiriləndə məqsədi barbar, vəhşilik, dövlətlərin sərhədinin toxunulmazlığını pozmaq, suverenliyə xələl yetirmək funksiyası üçün yaradılıb. Yaradılışından öncə də, sonra da həmin missiyanı həyata keçirir. Hər ölkə ilə onun torpaq iddiası mövcuddur. Bacısı və ya qardaşı İrandan başqa hər ölkə üçün torpaq iddiaları var. Gürcüstan, Azərbaycan, Türkiyə, dənizdən-dənizə böyük Ermənistan iddiası çox təəssüf ki, zaman keçdikcə, erməni nəsli yeniləndikdə onların düşüncəsini dəyişə bilmir. Nə erməni kilsəsi, nə yalançı, uydurulmuş tarixi, nə də dövlət sistemi bu toplumu normal sivil məcrada inkişafa gətirib çıxarmağa qoymur. Ermənistan dövlət kimi bir çox konvensiyalara qoşulsa da, bəlkə dünyada Ermənistan qədər bu dövlətə oxşayan, amma dövləti olmayan bu sistem, rejim qədər həmin beynəlxalq konvensiyaları, beynəlxalq hüququ və onun prinsiplərini pozan ikinci ölkə tapmaq çətindir".
Deputat qeyd edib ki, bu barbarlığı törədənlər cəzasız qalmayacaq:
"Təbii ki, əsirlərin, girovların dəyişdirilməsi, saxlanılması ilə bağlı konvensiyalar mövcuddur və onlar əksər dövlətlər tərəfindən həmin qanunlara riayət olunur. Dəfələrlə Azərbaycan ərazisində həm əsir düşən, həm də terrorçuluq törədən, Vətən müharibəsi bitdikdən sonra ərazimizə soxularaq digər qanunsuz əməllər törədən və tutulan ermənilərlə bağlı Azərbaycan bütün beynəlxalq hüququn tələblərinə ciddi əməl edib. Bu, bizim insani tərəfimizdən irəli gəlir. Azərbaycan insanı tolerantdır, sülhə meyllidir. Bunu biz ermənilərdə görmürük. Onların əsirlərlə davranışı, onların qoca və uşaqla, hərbiçi ilə, mülki insanla, vətəndaşla vəhşi kimi davranışları insanlığa sığmayan bu qəbilə xisləti bu gün dövlət siyasəti kimi həyata keçirilir. Təəssüflər olsun ki, son zamanlar əsir düşən iki hərbçimizə qarşı törədilən bu vəhşi, bu barbarlıq bird aha ermənilər iç üzünü açdı. Bir daha ermənilər beynəlxalq hüquqa necə saymazyana yanaşmalarını göstərdilər. Yolunu azaraq, dumana düşərək şərti sərhədi keçən əsgərlərə bu vəhşiliyin törədilməsi və onlarla bu davranış, hətta onların həbs olunması dediklərimizin bariz nümunəsidir. Ermənistan onlarla davranışlarına, beynəlxalq hüquqa uyğun addım atmalıdır. Hərbçilərimizin geri qayıtması üçün danışıqlara başlanılmalıdır. Onların saxlanma şəraiti və fundamental hüquqları qorunmalıdır. Unutmamalıdırlar ki, bu hadisələrə görə Azərbaycan tərəfi cinayət işi qaldırıb. Bu barbar hərəkətləri törədənlər cəzasız qalmayacaq".
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib.
Ermənilər döyülmə faktını gizlətmək üçün cinayət işi açdılar - Hərbçilərimizin aqibəti necə olacaq?

Siyasi       Tarix: 17 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


azerbaycan xeberleri son xeberler yeni xeberler gunun xeberleri kriminal siyaseti xeberler bugun krminal bu gun