"Ermənilər elə düşünürdülər ki, Vaşinqton onların köməyinə çatacaq" - Politoloq Patrik Uolş

Qərbin Azərbaycana təzyiqləri davam edir. Fransa və ABŞ-nin Azərbaycan əleyhinə apardığı kampaniyanın arxasında isə erməni diasporunun dayanması şübhə doğurmur. Fransa senatının Azərbaycanla bağlı bəyanatının ardınca ABŞ Konqresi də hərəkətə keçib. ABŞ Konqresinin Ermənistan üzrə qrupunun həmsədrləri Frank Pallone, Qus Bilirakis, Adam Şiff və David Valadao Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıblar.
KONKRET.az xəbər verir ki, Frank Pallonenin X sosial şəbəkəsində ermənipərəst "dördlüyün" bəyanatı yayılıb. Həmin bəyanatda deyilir: "Azərbaycan öz qoşunlarını Ermənistan ərazisindən çıxarmaqdan imtina edir". Onların iddia edir ki, oxşar ssenari "100 mindən çox Qarabağ ermənisinə qarşı etnik təmizləmə" həyata keçirmək üçün də istifadə edilib. Bəyanatda daha sonra qeyd edilib:
"ABŞ və onun regional tərəfdaşları Azərbaycanın açıq təhdidlərinə cavab olaraq Ermənistanın ərazi bütövlüyünü təmin etmək üçün bütün diplomatik vasitələrdən, o cümlədən, sanksiyalardan istifadə etməlidirlər". Konqresmenlərin fikrincə, Azərbaycan tərəfi gələcəkdə daha aqressiv addımlar atmağa hazırlaşır.
Əslində ABŞ konqresmenlərinin bu bəyanatı təxribat xarakterlidir və Azərbaycanı ittiham etməyə hesablanıb. Xarici ekspertlər də bu fikirdədirlər. Bu baxımdan irlandiyalı politoloq Patrik Uolşun fikirləri maraqlıdır:
"Ermənilərin uydurduğu "etnik təmizləmə" iddialarının heç bir əsası yoxdur. Onlar Qarabağı könüllü tərk ediblər. Ermənilər Azərbaycanda  bərabərhüquqlu vətəndaş olmaqdan özləri imtina edib. Görünür, hansısa qüvvə onları buna təhrik edib. Onların liderləri Qərbdən, xüsusən də ABŞ Dövlət katibi Antoni Blinkendən gələn bəyanatları bir daha yanlış şərh edərək, yerli ermənilərin Azərbaycandan köçməsini təmin etdilər. Erməni tərəfi hesab edirdi ki, kütləvi köç yolu ilə "humanitar fəlakət" şousu yarada bilsələr, Vaşinqton onların köməyinə çatacaq. Ermənilər əslində Samanta Pauerə güvənirdi. Amma ermənilərin hesablamaları əvvəldən yanılış idi. Onlar güman edirdilər ki, Vaşinqton separatçı quruma dəstək verəcək. Ancaq bu baş vermədi. ABŞ "DQR"i Rusiyanın yaratdığı oyuncaq qurum kimi görürdü və onun məhvinə sevinirdi. Çünki bu, İrəvanın Moskvadan ayrıla biləcəyi, Kremlin əlində olan manipulyasiya vasitələrinin aradan qaldırılması demək idi. Buna görə də Vaşinqton bunu daha geniş geosiyasi mübarizədə qələbə kimi görərək timsah göz yaşları tökməyə başladı. Əksinə, Prezident Əliyev qətiyyətlə, lakin ehtiyatlı davranaraq, qüvvələr nisbətini hər an dəqiq qiymətləndirməyi bacarıb. İmkanlardan uğurla istifadə edib".
İrlandiyalı ekspertin sözlərinə görə, hazırda Vaşinqtonun öz problemləri başından aşır:
"Ukraynada işlər yaxşı getmədiyindən, məğlubiyyət Qərbi ciddi şəkildə sarsıdacaq. Ona görə də ABŞ narahatdır. Yaxın Şərqdəki hərbi əməliyyatlar isə Qərbin dünyadakı mənəvi nüfuzu üçün fəlakətdir. Deməli, Azərbaycana qarşı çağırışlar ən böyük ikiüzlülükdür. ABŞ dünyada nəticə əldə etmək üçün güc tətbiq etməyi sevmir. Lakin onlar Qəzza zolağında baş verənləri qəbul edə bilmirlər".
Qazaxıstanlı politoloq Kazbek Beysebaev isə bildirib ki, ABŞ-də kiminsə maraqlarını lobbiləşdirməyə rəsmi icazə verilir: "Amerikalı konqresmenlər tapşırığı yerinə yetirirlər. Lakin "Qafqaz əsiri" adlı sovet kinokomediyasında deyildiyi kimi, istəklərlərlə imkanlar bəzən üst-üstə düşmür. Deməli, lobbiçilərin də istəkləri və imkanları üst-üstə düşmür. Onu da qeyd edək ki, beynəlxalq ictimaiyyət Bakının öz əraziləri ilə bağlı haqlı tələblərini çoxdan tanıyıb. Ona görə də xaricdəki ayrı-ayrı adamlar guya Ermənistan ərazisində Azərbaycan qoşunlarının olduğunu deyirlər".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 25 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bugun 2026 cəbhədən ən son xəbər xeberler qarabag