Ermənilər hansı şərtlərdə Azərbaycana qayıda bilər?

Ermənilər hansı şərtlərdə Azərbaycana qayıda bilər?"Bu gün reinteqrasiya prosesindən söhbət gedirsə, bu proses, əslində, qarşılıqlı olmalıdır. Çünki insan hüquq və azadlıqları ilə bağlı məsələlər kompleks anlayışlardır və bunlar birtərəfli qaydada tətbiq oluna bilməz".
KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O, Ermənistanla yekun sülh müqaviləsinin imzalanması və Qərbi azərbaycanlının dədə-baba torpaqlarına köçürülməsi ehtimalından söz açıb:
"Qərbi azərbaycanlılar indiki Ermənistan ərazisindəki yaşadıqları yerlərdən Azərbaycandan köçən ermənilərdən fərqli olaraq qovulublar. Şübhəsiz, ermənilərin Qarabağ iqtisadi rayonuna qayıtması təqdirində, vaxtilə Ermənistan ərazisində kompakt şəkildə yaşamış azərbaycanlıların da öz evlərinə qayıtması zəruridir. Ümumən bu rəqəmin təxminən 300 min nəfər olduğu bildirilir. Lakin bu barədə konkret statistika mənə bəlli deyil. Amma bütün hallarda bu şəxslərin sayının 300 mindən az olduğunu düşünmürəm".
E. Mirzəbəyli əlavə edib ki, son antiterror əməliyyatından sonra Azərbaycan ərazilərini tərk edən ermənilərin əhəmiyyətli hissəsi Qarabağda doğulmayan, xaricdən köçüb bölgədə məskunlaşan şəxslərdir:
"Lakin ermənilərə mqayisədə öz evlərindən qovulan azərbaycanlıların sayı kifayət qədər çoxdur. Əgər ermənilər Azərbaycan ərazilərinə – Qarabağ iqtisadi rayonuna qayıdacaqlarsa, azərbaycanlılar da öz evlərinə qayıtmalıdır və məsələ heç bir halda birtərəfli qaydada öz həllini tapa bilməz".
Siyasi şərhçinin sözlərinə görə, söhbət vaxtilə Bakı və digər ərazilərdə yaşayan ermənilərdən gedəcəksə, artıq belə bir perspektiv yoxdur:
"Çünki Bakı, Sumqayıt və digər ərazilərdə yaşayan ermənilərin mütləq çoxluğu öz evlərini sataraq, yaxud dəyişərək köçüb. Yəni onlar Bakıya qayıtmaq məsələlərini qabardırlarsa, o zaman İrəvanın özündə də kifayət qədər azərbaycanlı yaşayıb. Deməli, Bakıda İrəvan Teatrından tutmuş hər bir şey orada bərpa olunmalıdır, lakin yaxın mərhələdə bu inandırıcı görünmür.
Qısası, uzaq perspektivdə bunun müzakirəsi mümkündür, amma indiki şəraitdə, konkret zaman kəsiyində reallaşması inandırıcı deyil".

Siyasi       Tarix: 28 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün valyuta mezennesi banklar xabar az sonxeberler