Ermənilər TƏŞVİŞDƏ: "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir"

Ermənilər TƏŞVİŞDƏ: "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir"Qarabağda Azərbaycanın qələbəsi həm də Ermənistanla sərhədlərin yenidən müəyyənləşdirilməsi zərurətini ortaya çıxardı. Bir çox yaşayış məntəqələri yavaş-yavaş tarixi vətəninə qaytarılır. Azərbaycan addım-addım ərazi bütövlüyünü bərpa etməyə çalışır.
Publika.az xəbər verir ki, əsasən Zəngəzur bölgəsində bir sıra yaşayış məntəqələri bizim ölkəyə təhvil verilib. Ermənistanda bununla bağlı həyəcan təbili çalırlar. Müxaliflər hökuməti Zəngəzurun itirilməsi gerçəyi ilə üz-üzə qoyan razılaşmanı imzaladığına görə sərt tənqid edir. Yerli media da bu axından geri qalmır.
Ermənistanın "Joxovurd" qəzeti Zəngəzurla bağlı yazı hazırlayıb. Məqalə əsasən zəbt edilən Azərbaycan mahalının əldən getməsinə həsr olunub.
"Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə zərər görmüş vətəndaşlarının hüquq və azadlıqlarının pozulması ilə bağlı Ermənistana qarşı şikayət göndərib. Tanınmış mütəxəssislərin və azərbaycanlı vəkillərin hazırladığı şikayət yanvarın 15-də təqdim olunub. Ərizədə Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması faktları yer alıb. Azərbaycan prezidenti İlham Əliyevin adından təqdim olunan sənəddə Ermənistanın əvvəllər "işğal etdiyi" ərazilərdə çoxlu minaların basdırıldığı, Azərbaycan kəndlərinin və şəhərlərinin yer üzündən silindiyi, Azərbaycan vətəndaşlarının öz evinə qayıtmaq imkanından məhrum edildiyi yazılıb".
"Joxovurd" hələ 2020-ci il noyabrın 21-də yazırdı ki, Azərbaycan dəyən zərərə görə Ermənistandan 50 milyard dollar kompensasiya tələb edəcək, bu isə yoxsul ölkə üçün astronomik rəqəmdir. "Joxovurd" iddia edir ki, Azərbaycanın İnsan Haqları Komitəsindəki nümayəndəsi kompensasiya məbləğinin əvəzində Zəngəzurun verilməsi variantından danışıb.
Ermənistanın keçmiş baş prokuroru Gevorq Kostanyan iki il əvvəl bu məsələdən söz açmaqla uzaqgörənlik nümayiş etdirmişdi. O, hakimiyyəti ayıq olmağa çağırmışdı. Kostanyan deyirdi ki, Azərbaycan Ermənistanın vurduğu zərərlə bağlı Avropada hüquq müdafiəçiləri ilə danışıqlar aparır. Onda Nikol Paşinyan hökuməti məsələyə ciddi yanaşmamışdı.
"Joxovurd" yazır ki, 9 noyabr razılaşması Azərbaycana maddi təzminat tələbi ilə Ermənistana qarşı iddia qaldırmağa əsas verib. Ermənistan öz növbəsində yanvarın 16-dan əks-hücum üçün sənədlər toplamağa başlayıb. "Joxovurd" istənilən halda Azərbaycanın bir addım öndə olduğunu bildirir. Qəzetin proqnozuna görə, Azərbaycan təzminat tələbini qanuniləşdirəcək və Ermənistan məbləği ödəyə bilməsə, hüquq çərçivəsində Zəngəzuru tələb etmək imkanı qazanacaq.
Hazırda Ermənistanın "ziyalı dairələrində" bu məsələ ciddi müzakirə olunur. Hətta belə təkliflər var ki, Azərbaycanla ərazi mübadiləsinə razılaşaq, əks halda, həm Qarabağ, həm də Zəngəzur Azərbaycanın olacaq. / Bizimyol.info

Dünya       Tarix: 20 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün bu gunun xeberleri haqqinda melumat sonxeber az en sonxeber