Ermənilərin əl-qolu bağlandı – Paşinyanın ikiüzlü siyasəti başqa mətləblərə aydınlıq gətirir

Ermənilərin əl-qolu bağlandı – Paşinyanın ikiüzlü siyasəti başqa mətləblərə aydınlıq gətirirNikol Paşinyanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatı Ermənistanda narahatlıq yaradıb və bununla barışmayan siyasi qüvvələrin sayı çoxdur. Paşinyanın şifahi ifadə etdiyi məsələ hələ rəsmi təsdiqini tapmayıb və bunun üçün tərəflər hər hansı sənədə imza atmalıdırlar.
Bu bəyanatı ilə Azərbaycana qarşı ərazi iddiasından əl çəkdiyini deyən Paşinyan, eyni zamanda, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır, məsələnin Azərbaycanın daxili işi olduğunu etiraf edir. Həmçinin, Ermənistanın nəzarətində olan Azərbaycan anklavlarını geri qaytaracaqlarını da təsdiqləyir. Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını qəbul edə bilməyən havadarları ermənilərin üzərinə müəyyən məsuliyyət qoyur.
"Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, bizim əl-qolumuz bağlanıb", – deyirlər.
Bu məsələdə Rusiya ilə Fransanın mövqeyi üst-üstə düşür və həmin ölkələrin siyasi dairələrində Paşinyanın məlum bəyanatı ciddi təhlil edilir. Bəziləri hesab edir ki, Paşinyan verdiyi şifahi bəyanatdan imtina etməlidir. Ermənistanda da bu fikri dəstəkləyən qüvvələrin sayı çoxdur.
Ermənistan Demokratik Partiyasının sədri Aram Sarkisyan bildirib ki, əgər Paşinyan bu addımı atarsa, vəziyyət kökündən ermənilərin xeyrinə dəyişəcək və ATƏT-in Minsk qrupunun dirilməsi üçün zəmin yaranacaq:
"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın Qarabağdan imtinası deməkdir. İndi Qarabağ rəhbərliyi Paşinyandan bəyanatının geri götürülməsini tələb etməlidir. Bu, artıq Qarabağın mövcudluğu məsələsidir".
Hələ rəsmi sənədə qol çəkməyən, sadəcə Paşinyanın şifahi şəkildə bəyan etdiyi Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanat, əslində, Ermənistan Baş nazirinin simulyasiyasıdır. Ərazi bütövlüyümüzü tanıyan Baş nazir, eyni zamanda, Azərbaycanın suveren hüquqlarına qarşı hörmətsizlik edir. Paşinyanın ikiüzlü siyasəti özünü bir çox məqamlarda göstərir. Qarşı tərəflə razılaşdırılmadan Laçın sərhəd-keçid məntəqəsinə TIR-ların gətirilməsi və "humanitar fəlakət" oyununa başlaması, Azərbaycandan BMT TŞ-yə şikayət və digər amillər onu göstərir ki, Paşinyanın şifahi dedikləri sadəcə sözdür və həmin sözlərin kağız üzərində təsdiqi üçün Ermənistan qeyri- konstruktiv mövqe tutur.
Vəli Həsənov,
KONKRET. az

Siyasi       Tarix: 25 avqust 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi banklar son xeber.az iqtisadiyyat xeberleri bugun en sonxeber