Ermənilərin Naxçıvan TƏXRİBATI - ŞOK SSENARİ ORTAYA ÇIXDI

Ermənilərin Naxçıvan TƏXRİBATI - ŞOK SSENARİ ORTAYA ÇIXDINaxçıvan istiqamətində mövqelərimiz növbəti dəfə atəşə tutulub.
KONKRET.azxəbər verir ki,bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib ki, avqustun 15-i saat 18:10 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", – məlumatda vurğulanıb.
Bundan təxminən 9 saat sonra Ermənistan Naxçıvana yenə də atəş açıb. Avqustun 16-sı saat 03:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Son bir neçə ayda Ermənistan Naxçıvan istiqamətində artıq neçənci dəfədir ki, təxribat törədir. Atəş açmaqla yanaşı, Naxçıvanla sərhəddə vaxtaşırı təlimlər keçirirlər, ora qoşunlar cəmləşdiriblər və s. Bütün bunlarla Ermənistan nə demək istəyir? Qarabağda başı əzilən düşmən Naxçıvana "diş qıcamaqda" davam edərsə, növbəti dəfə dəmir yumruq işə düşməlidirmi?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Naxçıvan Muxtar Respublikasının ən qorunaqlı yeri Ordubad rayonudur: "Hətta I Qarabağ döyüşlərinin ən ağır zamanlarında Naxçıvanda erməni hücumlarına qarşı ikinci cəbhənin məhz Ordubaddan açılması ciddi şəkildə müzakirə olunmuş və o vaxt Naxçıvan Ali Məclisinin sədri vəzifəsini icra edən mərhum Heydər Əliyevlə AXC arasında ilk ziddiyyət də məhz bu mübahisələrdən qaynaqlanmışdı. Naxçıvan Xalq Cəbhəsinin ikinci cəbhə açmaq təklifinə təxribat kimi baxan Heydər Əliyev bu təklifi ermənilərə Naxçıvanın işğalına yol açmaq üçün zəmin yaradacağını düşünmüş və ordu quruculuğunu tamamlamadan ikinci cəbhə açmaq təşəbbüslərinə qarşı çıxmışdı. Zaman göstərdi ki, Heydər Əliyev bu məsələdə kifayət qədər haqlıdır. Geosiyasi vəziyyəti nəzərə almadan və ordu quruculuğunu tamamlamadan Ordubaddan Megri istiqamətində hücuma keçmək həqiqətən də böyük itkilərlə nəticələnə bilərdi. Özəlliklə o səbəbdən ki, ermənilər o zaman Rusiya tərəfindən ciddi şəkildə müdafiə olunur, bəzən onların əvəzinə savaşırdılar. Azərbaycan ordu quruculuğuna ilk növbədə güclü iqtisadiyyatını qurmaqla başlamalı idi və əldə etdiyi gəlirlər hesabına özünün müdafiə sistemini formalaşdırmalı idi. O dövrlərdən 2020-ci ilə qədər keçən 30 il ərzində ölkəmiz məhz bu strategiyanı əldə rəhbər tutub II Qarabağ döyüşləri ilə tarixi zəfərini qazanmışdı".
Heydər Oğuzun fikrincə, 1990-cı illərdə Naxçıvanda ikinci cəbhənin açılması fikrinin müzakirə edilməsi muxtar respublikanın, özəlliklə də Ordubadın geofiziki özəlliklərindən irəli gəlirdi: "Belə ki, Naxçıvan-Ermənistan sərhədləri keçilməsi çətin olan dağ silsilələrindən təşəkkül tapır. Kiçik Qafqaz dağlarının ən uca zirvələri Ermənistanla Naxçıvan arasındakı sərhəddə yerləşir. Əsasən 2 mühüm dağ silsiləsini özündə birləşdirən bu sərhədlərdə ən böyük zirvələr isə Ordubadda yerləşir. Söhbət Zəngəzur dağ silsiləsindən gedir. Məlum olduğu kimi, Zəngəzur silsiləsinin 3 böyük zirvəsi var. Bunlardan biri Şahbuzda yerləşən Salvartı dağı (3161,8 m), digərləri isə Ordubad ərazisinə düşən Qapıcıq dağı (3905,2 m) və Soyuq dağıdır (3147,5 m). Hər 3 dağ bölgənin ən hündür zirvələridir və Naxçıvanın şimal-şərqindən – şərqinə qədər ərazilərdə təbii istehkamlar yaradır. Üstəlik, sərhədin o tərəfindəki Ermənistanın Zəngəzur bölgəsi də dar məkanda yerləşir. Eni orta hesabla 30 km, uzunluğu isə 120 km. Cəmi 4000 kv. km-lik sahəni əhatə edən və bütün geo-fiziki üstünlüyü bizim tərəfimizdə olan bu tarixi ərazilərimizin işğaldan qurtarılması Azərbaycanın Ordusu üçün çətin deyil. Dediyim kimi, hətta əlimizdə ov tüfəngindən başqa heç bir silahın olmadığı 1990-cı illərdə belə, naxçıvanlılar bu barədə ciddi-ciddi düşünürdülər. Sadəcə, o dövrün geosiyasi şərtləri bu arzumuzu reallaşdırmağa imkan verməmişdi".
"O ki qaldı Ordubadın Gənzə kəndinin hədəfə çevrilməsinə, ermənilər bu xəyala düşməklə tarixin ən böyük səhvini edirlər", – deyə şərhçi bildirdi: "Çünki Gənzə bayaq qeyd etdiyim Qapıcıq və Soyuq dağlarının tam ortasında yerləşir. Bu baxımdan, Gənzəni Naxçıvanın ən alınmaz qalası da hesab etmək mümkündür. Onu ələ keçirməyi düşünən ermənilər öz ayaqlarına güllə sıxmış olarlar".
Elədirsə, sual ortaya çıxır: ermənilər Gənzəni atəşə tutmaqla nəyə nail olmaq istəyirlər?
Həmsöhbətimizin fikrincə, ermənilərin bu xülyalarının yalnız bir izahı var: "Paşinyan hakimiyyəti Ermənistan ordusuna nəzarət edə bilmir və Rusiyaya bağlı olan bu ordu Paşinyanı bizə döydürmək istəyir. Əks halda, onlar daha zəif nöqtəmiz olan Sədərək və ya Şərur ərazisini atəşə tutmaqla bizə xox gələrdilər. Baxmayaraq ki, bu ərazilər də 1990-cı illərdəki qədər zəif nöqtə deyillər. Sədərəyin geosiyasi əhəmiyyəti və Türkiyə ilə Azərbaycanı birləşdirən yeganə xətt üzərində yerləşməsi bu rayonu təkcə bizim üçün deyil, qardaş ölkə üçün də böyük strateji əhəmiyyətli edir. Hətta ermənilərin arxasında dünyanın hansı gücünün dayanmasına baxmayaraq, Türkiyə bu təcavüzə seyrçi qalmaz, qala bilməz. Əks halda, bu, Türkiyənin böyümə və Orta Asiyaya açılma strategiyasının çökməsi mənasına gələr. Şərura gəlincə, 2018-ci ilin may ayında Azərbaycan Ordusunun keçirdiyi Günnüt əməliyyatı nəticəsində Qızılqaya yüksəkliyi işğaldan azad olunmuş və Şərur ətrafındakı bütün ərazilər bizim nəzarətimizə keçmişdi. Həmin əməliyyat nəticəsində İrəvan-Yeğeqnadzor-Gorus avtomobil yoluna da artıq Azərbaycan Ordusu nəzarət edir. Hesab edirəm ki, II Qarabağ döyüşlərinin ən mühüm açarı da bu əməliyyatla bağlıdır. Çünki Azərbaycan Ordusu Günnüt əməliyyatı nəticəsində İrəvandan Xankəndinə gedən yolları faktiki olaraq nəzarət altına ala bilmiş və Qarabağa göndərilən bir çox silahları mənzil başına çatmamış zərərsizləşdirmişdir. Qısası, Naxçıvanın heç bir ərazisi ermənilər üçün asan uda biləcəkləri loxma deyil və buna cəhd etmələri körpə uşağın öz boğazından böyük tikəni udarkən boğulması effekti yarada bilər".
Ermənilərin Naxçıvana hücumları BMT Nizamnaməsinin 51-ci maddəsinin dövlətlərə verdiyi təcavüzü yerində susdurmaq hüququnu ortaya çıxardığını düşünən siyasi şərhçi Azərbaycan dövlətinin bu ehtimalı da nəzərdən keçirdiyinə inanır: "Bilirsiniz ki, bu maddəyə görə, dövlətlərin özünü müdafiə etmək hüququ var və bəlkə də rəsmi Bakı bu istiqamətdə addım atmaq üçün geosiyasi vəziyyətin xeyrimizə dəyişilməsini gözləyir".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bununla bağlı sərt bəyanatın qəbul edilməsinin tərəfdarıdır: "Ermənistanın Naxçıvan istiqamətində iki dəfə ard-arda atəşkəsi pozmasını belə izah etmək olar ki, ya bu, baş nazir Nikol Paşinyanın ona ötürülən hiyləgər planının tərkib hissəsidir, ya da bunu Ermənistan ordusunda Azərbaycanla sülh istəməyən təxribatçılar həyata keçirir. Birinci variantda Paşinyan Azərbaycanla sülh imzalanmaması üçün süni gərginlik yaradıb yeni ağalarından birinin – Fransanın əmrini yerinə yetirə bilər. Paris oyundankənar vəziyyətdə qaldığına görə Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasını istəmir, çünki bu halda İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşması prosesi başlayacaq. İkinci variantda Ermənistan ordusundakı, Paşinyanın da qeyd etdiyi kimi, "5-ci kolon" atəşkəsi pozmaqla gərginliyin artmasına çalışır. Bizim üçün bu variantlardan hansının gerçək olduğunun fərqi yoxdur. Ermənistana Nikol Paşinyan cavabdehdir və o bilməlidir ki, atəşkəsin intensiv pozulmasının onun və ölkəsi üçün ağır nəticəsi olacaq. O, Fransanın deyil, ölkəsinin maraqlarından çıxış etmədiyi və ordusunda qayda-qanun yaratmadığı halda Azərbaycan Ordusunun növbəti zərbəsi ilə üzləşəcək. Hesab edirəm ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Xarici İşlər Nazirliyinin birgə sərt bəyanatı yayımlanmalı və atəşkəsin pozulmasına görə Ermənistanın hansı durumla üzləşəcəyi İrəvana aydın izah edilməlidir".//"Yeni Müsavat"

Siyasi       Tarix: 17 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada Bülbülün ev-muzeyində olublar. xəbər verir ki, Milli Məclisin deputatı Polad Bülbüloğlu ali qonağa Bülbülün ev-muzey

Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə müzakirə apardı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlə

Onu buna görə vəzifəyə gətiriblərmiş

Mark Rutte ABŞ Prezidenti Donald Trampla dialoq qurmaq və alyans ətrafındakı gərginliyi azaltmaq bacarığına görə NATO-nun Baş katibi seçilib. xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb. Nəş

Ərdoğan: NATO sammitində Trampla təkbətək görüş ehtimalı yüksəkdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında təkbətək görüş planlaşdırılır. Bu barədə Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib. "NATO sammitində Donald Trampla təkbətə

Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏ

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Vladimir vilayətində yerləşən strateji əhəmiyyətli hərbi obyektə zərbə endirildiyini açıqlayıb. xəbər verir ki, hücumun hədəfi Qus-Xrustalnı rayonunda yerləşən "Vladimir"

Ceyhun Bayramov Polşaya getdi

24 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşa Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə Azərbaycan XİN məlumat yayıb. Məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovu

Navrotski və Zelenski arasında söz dueli

"Polşada hər kəs Ukrayna millətçilərinin ölkəyə nə qədər zərər vurduğunu bilir". xarici mediaya istinadla xəbər verir ki, Polşa prezidenti Karol Navrotski Ukrayna lideri Vladimir Zelenskinin ittihamlarına belə cava

Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib

İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bu gün Azərbaycanın gözəl və təhlükəsiz ölkəyə çevrilib. xəbər verir ki, bu barədə İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qad

Ukrayna Almaniyadan 600 ədəd HHM raketi alacaq

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya ilə bağlanan yeni müqavilə çərçivəsində hava hücumundan müdafiə (HHM) sistemləri üçün 600 ədəd raketin tədarük ediləcəyini açıqlayıb. xəbər verir ki, razılaşma ABŞ-dan "Patriot"


azerbaycan xeberleri yeni xeberler son xeberler krminal bu gun ensonxeberler xeber.az xəbərlər