"Bu şəxslərin cəzalandırılması düşmənə dərsdir" - Deputat

"İnsanlıq əleyhinə və müharibə cinayətləri törədən şəxslərin cəzalandırılması dosta mesaj, düşmənə isə dərsdir".
Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu azxeber.com-a açıqlamasında bildirib.
O deyib ki, biz Azərbaycan Hərbi Məhkəməsinin tarixi bir qərarı ilə tanış olduq:
"Bu gün Azərbaycan Hərbi Məhkəməsinin tarixi bir qərarı ilə tanış olduq. Bu qərar həm hüququn, həm də ədalətin təntənəsi baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Çünki Azərbaycan xalqına qarşı uzun illər sistemli şəkildə hərbi cinayətlər törədən şəxslər Bakı şəhərində Azərbaycanın hüquq sistemi tərəfindən layiqli cəzalarına çatdırıldılar. Azərbaycanlıların pozulan hüquqlarının bərpa olunması və Azərbaycan xalqına qarşı cinayət törədənlərin cəzalandırılması məsələnin real hüquqi aspektdə qiymətləndirilməsidir".
Deputat qeyd edib ki, cinayətkarların cəzalandırılması hər kəs üçün bir dərsdir:
"Azərbaycanın bunu bacarması hər kəs üçün bir dərsdir. Bundan sonra heç kəs cəsarət edib Azərbaycana qarşı ərazi iddiaları qaldıra bilməz.
Artıq heç kəs hansısa xarici üçüncü qüvvələrə arxalanaraq Azərbaycan xalqına qarşı cinayət törədə, onun ərazisinə göz dikə bilməz. Məhkəmə prosesində bir çox məqamlar aydınlığa çıxdı. Onlardan biri də bütün cinayətkarların ağır cinayətlərini etiraf etmələridir.
Yəni onlar ömürlük həbs cəzasına layiq olduqlarını özləri də etiraf etdilər. Dolayı və ya birbaşa şəkildə Ermənistanın qondarma qurumu vasitəsilə Azərbaycanla müharibə aparıldığını da etiraf etdilər. Araik  və digərlərinin Azərbaycanda dinc əhaliyə qarşı raket zərbələri endirilməsi, ərazi bütövlüyümüzə qəsd edilməsi və etnik separatizm barədə açıq etirafları var".
Parlamentari vurğulayıb ki, cinayətkarlara qarşı ədalətli hökm oxunub:
"Azərbaycan Hərbi Məhkəməsinin bu qərarı ədalətlidir, tarixidir və həm də ibrətamizdir. Bu, bütün düşmənlərimizə bir dərs olsun ki, bir daha heç vaxt Azərbaycana qarşı ərazi iddiaları qaldırmasınlar və Azərbaycan xalqına qarşı cinayətlər törətməsinlər".
Şahanə Ziyad

Siyasi       Tarix: 08 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb


son xeberler yeni xeberler azerbaycan xeberleri hava proqnozu cəbhədən ən son xəbər şou biznes xəbərləri bugünki xəbərlər