Dünya şokdadır: Epşteynin kamerasından yeni görüntülər hər şeyi dəyişdirəcək

Dünya şokdadır: Epşteynin kamerasından yeni görüntülər hər şeyi dəyişdirəcəkABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etdiyi iddiası ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin intihar etdiyi gecə ilə bağlı yeni görüntülərdə "narıncı kostyumlu bir şəxsin" kamerasına doğru getdiyi görünür.
ABŞ-ın CBS kanalının ekspert rəyləri ilə dəstəklənən analitik xəbərinə görə, Ədliyyə Nazirliyinin Epşteynlə bağlı yayımladığı son sənədlər göstərir ki, əvvəlki rəsmi məlumatlardan fərqli olaraq, milyarder iş adamının intihar etdiyi iddia edilən gecə hadisə yerində narıncı kostyumlu başqa bir şəxs də olub.
KONKRET.az Lent.az istinadla bildirir ki, xəbərdə deyilir: "Ədliyyə Nazirliyinin yeni dərc olunmuş ekspert rəyləri ilə dəstəklənən təhlilə əsasən, Ceffri Epşteynin ölüm gecəsindən təhlükəsizlik kamerası görüntülərini araşdıran müstəntiqlər 2019-cu il avqustun 9-da təxminən saat 22:39-da Epşteynin kamerasının yerləşdiyi təcrid olunmuş və bağlı mərtəbəyə doğru pilləkənlərlə qalxan narıncı rəngli bir cisim müşahidə ediblər".

Epşteynin saxlanıldığı Metropolitan həbsxanasından video görüntülərin təhlili əsasında Federal Təhqiqat Bürosunun açıqlamasını vurğulayan xəbərdə deyilirdi: "L mərtəbədəki pilləkənlərdə narıncı bir şey var. Ola bilsin ki, bu, həmin mərtəbəyə aparılan məhbusdur" ifadəsinin "əvvəllər bildirilməmiş" bir şeyə işarə etdiyini və Ədliyyə Nazirliyinin müfəttişlərinin hesabatı ilə ziddiyyət təşkil etdiyini vurğulayan xəbərdə qeyd olunur: "Yeni səs yazıları həmin axşam Epşteynin mərtəbəsinin yaxınlığındakı proseslərlə bağlı əlavə suallar doğurur".
Ədliyyə Nazirliyinin sənədlərində eyni saat və dəqiqədə çəkilmiş görüntülər araşdırılıb və sözügedən şəxsin narıncı "çarşaf və ya yataq dəsti" daşıyan "naməlum" həbsxana zabiti ola biləcəyi irəli sürülüb. Ədliyyə Nazirliyinin və FTB-nin hesabatlarının nəzərdən keçirilməsi göstərib ki, Epşteynin öldüyü gecə növbətçi olan zabitlər son görüntülərdə adı çəkilən narıncı kostyumlu şəxslə bağlı heç vaxt dindirilməyiblər.
Bundan əlavə, sənədlərdən həmçinin məlum olub ki, həmin gecə Epşteynin kamerasının yerləşdiyi mərtəbədə növbətçi olan qadın zabit Tova Noel 2019-cu ildə gecənin bir hissəsində binadakı məhbus sayının bir nəfər az olması ilə bağlı dindirilib.

Noel ifadəsində bildirib ki, həmin gecə binadakı məhbusların sayını saat 22:00 ilə 03:00 arasında 72 olaraq qeyd etməkdə "yəqin ki, səhvə yol verib", halbuki məhbusların sayı əslində 73 idi və rəqəmin dəyişdiyini xatırlamır.
FTB-nin keçmiş direktor müavini Dan Bonqino da ötən yay "Fox News"a müsahibəsində iddia edib ki, Epşteynin ölüm gecəsi eyni mərtəbədə mühafizəçidən başqa heç kim olmayıb və "görüntülər olduqca aydındır". Həmin gecəni çəkdiyi bilinən yeganə kamera Epşteynin kamerasına aparan pilləkənləri qismən örtmək üçün yerləşdirilib, digər bucaqdakı kamera isə çəkiliş aparmayıb.

Yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etməkdə ittiham olunan Ceffri Epşteynin şübhəli şəraitdə öldüyü həbsxanadan yayımlanan son görüntülər, həmin gecə baş verənlər və Epşteynin ölüm səbəbi ilə bağlı şübhələri daha da artırıb. Epşteynin kiçik qardaşı Mark Epşteyn uzun müddətdir ki, qardaşının qətlə yetirildiyinə inanır.

Siyasi       Tarix: 09 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb


son xeberler yeni xeberler azerbaycan xeberleri hava proqnozu cəbhədən ən son xəbər şou biznes xəbərləri bugünki xəbərlər