Ermənilərin NÖVBƏTİ GEDİŞİ – Azərbaycanın səbri tükənir - ŞƏRH

Ermənilərin NÖVBƏTİ GEDİŞİ – Azərbaycanın səbri tükənir - ŞƏRHErmənistan qeyri-konstruktiv mövqe tutmaqla beynəlxalq ictimaiyyətin diqqətini yayındırır. "Humanitar böhran" adı ilə səs- küy salan ermənilər məsələni beynəlxalq platformalara daşımağa çalışırlar. Bəzən buna nail olan ermənilərin mövqeyini isə yalnız özlərinə yaxın olan qüvvələr müdafiə edir. Otuz il Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana gözün üstündə qaşın var deməyən beynəlxalq güclər indi Azərbaycanın öz suveren ərazilərində sərhəd-keçid məntəqəsi yaratmağa ağız əyir. 35 ildir Naxçıvanı blokadada saxlayan Ermənistana bir kəlmə söz deməyən həmin təşkilatlar indi humanizm idealarından danışır və Azərbaycanı ittiham edir.
BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığındakı dinləmələrdə bəzi ermənipərəst qüvvələr Azərbaycan əleyhinə çıxışlar ediblər. Onlar 10 noyabr 2020-ci il üçtərəfli bəyanatda Laçın yolunun statusundan danışıblar. Məruzəçilərin yəqin 10 noyabr bəyanatının bütün bəndlərindən xəbərləri var. Üçtərəfli bəyanatın 4 – cü bəndinində qeyd edilib ki, Qarabağdakı qeyri-qanuni erməni silahlı qüvvələri ərazini tərk etməlidir. Bəyannamənin 9-cu bəndində isə yazılıb ki, regiondakı kommunikasiyalar açılmalı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən quru yol istifadəyə verilməli və maneəsiz gediş-gəliş təmin edilməlidir.
Üçtərəfli bəyanata əməl etməyən Ermənistan beynəlxalq təşkilatların zəhləsini tökməklə məşğuldur. İndi BMT-nin qondarma qurumlarında Azərbaycanı üçtərəfli bəyanatın şərtlərini pozmaqda ittiham edən qüvvələr, sadəcə ermənipərəst mövqe tutur və 10 noyabr bəyanatına təkcə Azərbaycanın əməl etməsini tələb edirlər. Azərbaycan əleyhinə çıxış edənlərin biri də üçtərəfli bəyanatın Ermənistan tərəfindən pozulduğunu bildirməyib. Erməni diasporunun təsiri altında diplomatik iş aparan BMT nümayəndələri "Laçın dəhlizi" deyib dayanıblar.
Amma onlar Azərbaycanın təklif etdiyi Bərdə-Ağdam-Xankəndi marşrutu barədə bir kəlmə də danışmayıblar. İnsan hüquqlarının aliliyindən söz açanların 30 il ərzində Azərbaycan vətəndaşlarının pozulan hüquqları yadlarına düşməyib. Erməni sevgisi, xristian təəssübkeşliyi yenə özlərini demokrat adlandıran insanlara həqiqəti söyləməyə imkan verməyib.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 09 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun bugünki xəbərlər en sonxeber metbuat xeberleri