Ermənistan 2021-ci ildə ciddi iqtisadi çətinliklərlə üzləşəcək - ŞƏRH
Ermənistan 2021-ci ildə ciddi iqtisadi çətinliklərlə üzləşəcək - ŞƏRH
2020-ci ilin IV rübündə Ermənistanın ÜDM-i 1 milyard dollar azala bilər.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov məlumat verib.
Onun sözlərinə görə, 2020-ci ilin yanvar-avqust ayları ərzində Ermənistan iqtisadiyyatında 6,4 faizlik azalma qeydə alınıb.Ermənistanda cari ilin 8 ayı ərzində ixrac və idxalın həcmləri də azalıb və iqtisadi tənəzzül dərinləşib. Bu ölkənin tikinti sektoru cari ilin 8 ayını 19,1 faiz, ticarət - 11,5 faiz, xidmətlər - 10,8 faiz azalma ilə başa vurub.
Ermənistanın itirdiyi hərbi texnika və sursatın dəyəri 2 milyard ABŞ dollarından çoxdur. Müharibənin davam etməsi Ermənistan iqtisadiyyatının da itkilərini artırır. İşğalçı dövlətdə səfərbərlik elan edilib və vətəndaşların orduya cəlbi prosesi başlayıb. İlkin məlumata görə, Ermənistan 210 min vətəndaşını səfərbər edərək Azərbaycanın işğal olunan ərazilərinə göndərməyə çalışır.
Nəzərə alsaq ki, Ermənistanda 913 min nəfər iqtisadi fəal əhali var, deməli onun 23 faizini işdən ayrılaraq müharibəyə gedəcək. Yəni, səfərbər olunan şəxlər işləmirlər və əlavə dəyər yaratmırlar. Nəticədə, 2020-ci ilin IV rübü ərzində Ermənistanda ÜDM-in azalması daha da sürətlənəcək.
Qeyd edilib ki, 2019-cu ildə Ermənistanın ÜDM-i təxminən 13,7 milyard ABŞ dolları olub. Bu ölkənin statistikasının məlumatına görə, ÜDM-in 30,4 faizi və ya 4,2 milyard dolları IV rübün payına düşür. Mərkəzin ilkin hesablamalarına görə, Ermənistan 210 min vətəndaşını səfərbər edərək müharibəyə göndərdiyi təqdirə 2020-ci ilin IV rübü ərzində bu ölkədə gündəlik ÜDM-i 10,7 milyon dollar və ya rüb ərzində 1 milyard dollar dəyərində azala bilər.
Bunun nəticəsi olaraq Ermənistanda gündəlik yaranan ÜDM-in işğalçı müharibə səbəbi ilə 3,4 milyon dollar azalacaq.
O qeyd edib ki, bu hadisələr fonunda Ermənistanda ixracında da azalması qaçınılmaz olacaq. Cari ilin 8 ayı ərzində Ermənistan cəmi 1,57 milyard dollar dəyərində ixrac həyata keçirib və ixracı 6 faiz azalıb. Əgər Ermənistan işğalçı siyasətindən əl çəkməyərək daha uzun müddətli bir müharibəyə can atarsa, bunun iqtisadi təsirləri bu ölkə üçün daha ağır olacaq. Ermənistan 2020-ci illə yanaşı, 2021-ci ildə də ciddi iqtisadi çətinliklərlə üzləşəcək. /oxu.az

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR