"Ermənistan 30 illik səhvlərinə və Qarabağ klanının əməllərinə görə BƏDƏL ÖDƏYİR" - Arestoviç - VİDEO

"Ermənistan 30 illik səhvlərinə və korrupsiyaya bulaşmış Qarabağ klanının əməllərinə görə bədəl ödəyir".
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparatının müşaviri Aleksey Aretoviç rusiyalı hüquq müdafiəçisi Mark Feyqinin canlı efirində danışıb.
O bildirib ki, Ermənistan keçmişdəki səhvlərinə görə hazırkı acınacaqlı durumdadır.
"Səfil Ermənistan hazırda Rusiyaya etdiyi yanlış tarixi seçimin əvəzini ödəyir.
Kreml Ermənistanı Rusiya və Belarus birlik dövlətinə cəlb etmək istəyir. Erməni tərəfi buna kəskin mənfi reaksiya verib. Erməni tərəfinin getdikcə daha az itirəcəyi var", – deyə Aretoviç bilıdirib.
Ukraynalı siyasətçinin fikrincə, Ermənistan Rusiyanın "ən hüdudsuz hiyləsinə" məruz qalıb.
"Mən analoq tapa bilmirəm. Birincisi, Ermənistan tam asılı vəziyyətə salınıb. Ermənistan elə hala gətirdilər ki, o, Rusiyasız mövcud deyil. Hamısı ona görə idi ki, onlar (ermənilər – red.) revanşist ideyalar üzərində cəmləşiblər. Və qonşuları ilə – Gürcüstan, Azərbaycan və Türkiyə ilə normal münasibət qurmaq istəmirlər. Ermənistan Moskvadan tam asılı vəziyyətə salındı. Sonra isə Moskva ermənilərdən gizlin Azərbaycan və Türkiyəni razılaşdı və onları belə canfəşanlıqla özündən asılı etdi.
Ermənilər ümidlərini Rusiyanın müdafiədə vasitəçilik edəcəyinə bağlamışdılar. Və nə müharibə zamanı, nə də müharibədən sonra kömək etdi. Erməni nöqteyi-nəzərindən isə qətiyyən utanmalı heç nə yoxdur. Əbəs yerə demirlər ki, Paşinyan indi MDB sammitində (dekabrın 26-27-də Sankt-Peterburqda) Putinlə çox kəskin danışıb. Onu birbaşa Rusiya sülhməramlılarının yardım göstərmək və hansı funksiyaları yerinə yetirmək istəməməsində ittiham edib", – deyə Aretoviç bildirib.
Daha sonra siyasətçi deyib:
"Lakin Ermənistan özünün çətin yolu ilə gedir. 30 illik aldanma və səhvlərə görə, onların Moskva ilə bütünlüklə korrupsiya bataqlığında olan Qarabağ klanının "hakimiyyət"ə gəlməsinə və siyasət diktə etməsinə imkan verdiklərinə görə bədəl ödəyirlər.
Baxmayaraq ki, onların ABŞ, Fransa, Yunanıstan və s. ilə əla imkanları var idi. İndi isə erməni xalqı və rəhbərliyi Rusiya ilə nəsə etmək məcburiyyətində qalacaq. Deyilənə görə, Paşinyan az qala hədələyib ki, əgər onlar (Rusiya – red.) heç nə etməsələr, yanvarın ortalarına kimi Ermənistan KTMT və MDB-dən çıxacaq.
Sonra da heç nə tez və asan olmayacaq. Moskvadan qurtulanda sual yaranacaq ki, bundan sonra Gürcüstan, xüsusən də Azərbaycan və Türkiyə ilə nə edəcəklər, qonşuları ilə münasibət quracaqlarmı?", – deyə Ukrayna Prezidentinin Aparatının nümayəndəsi bildirib.
Onun fikrincə, ermənilər üçün ən yaxşı çıxış yolu qonşuları ilə normal münasibətlər qurmaq, əməkdaşlıq etməkdir. Bu, onlara əhəmiyyətli iqtisadi səmərə vəd edir.
"Ermənilər üçün ən yaxşı variant və mən bunu dəfələrlə demişəm, qonşularla normal danışıqlar aparmaq üçün güc tapmaqdır. Üstəlik, qonşular bunu ardıcıl olaraq və yumşaq desək, köləlik şərtləri ilə deyil, əlverişli şərtlərlə təklif edirlər. Bura Şərqdir, hamı başa düşür ki, ticarət döyüşməkdən yaxşıdır. Müharibəyə yalnız son çarə kimi müraciət etmək lazımdır. Ermənistan bu iki odun arasındadır", – deyə Aretoviç vurğulayıb.
Siyasətçi daha sonra ermənilərə öz tövsiyələrini verib.
"Erməni xalqına, Ermənistan rəhbərliyinə öz və xalqının maraqları naminə ağlabatan, rasional hərəkət etmələrini arzulayıram. Ermənistan, yəqin ki, keçmiş Sovet İttifaqının ən yoxsul ölkəsidir. Bu yoxsulluq birbaşa Moskvanın köməyi ilə qondarma "hakimiyyət"ə gəlmiş korrupsioner klanın əməllərinin nəticəsidir.
Amma erməni xalqı bütün hallarda təcrübəyə malik olsun və kimin əsl tərəfdaş, kimin Allahsız "fırıldaqçı" olduğunu olduğunu başa düşmək üçün düzgün nəticə çıxarsın. SSRİ-nin yüz illiyi və şəxsi piar naminə Putin onları birlik dövlətinə çəkmək istəyir. Bu, erməni xalqının seçimidir. Düşünürəm ki, xalq öz milli maraqlarını seçməlidir", – deyə Arestoviç fikrini yekunlaşdırıb.
Daha ətraflı videoda:
Xuraman Etibarlı,
KONKRET.az

Siyasi       Tarix: 28 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Daha bir ölkə hazırlıq görür: Rusiyaya hücum olacaq

"Estoniyada Ukrayna pilotsuz uçuş aparatlarının hazırlanması üçün texnoloji mərkəz formalaşdırılır". KONKRET. -a istinadən xəbər verir ki, bu iddia ilə "Başqa Ukrayna" hərəkatının lideri Viktor Medvedçuk çıxış edib

Prezident ailəsinin İsmayıl Samani türbəsindən - Fotoları

Avqustun 24-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində İsmayıl Samani türbəsi ilə tanış olublar

Azərbaycan–Özbəkistan müttəfiqliyi: Bakı–Daşkənd xətti yeni regional reallıq formalaşdırır

Azərbaycanla Özbəkistan arasında əsrlər boyu formalaşmış ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər üzərində qurulan münasibətlər bu gün dövlətlərarası əməkdaşlığın ən yüksək mərhələsinə – müttəfiqlik səviyyəsinə yüksəlib

Çin Tacikistana kömək edəcək - Layihə taciklərə tarixi uğur gətirə bilər

Tacikistan və Çin süni intellekt əsasında fəaliyyət göstərəcək Milli Hesablama Mərkəzinin yaradılması imkanlarını birgə araşdırmaq barədə razılığa gəliblər. KONKRET.azxəbər verir ki, Tacikistan hökuməti gələcək mərkəzin texniki-iqtisad

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Avqustun 26-da Bakıda Bilgəh incəsənət məktəbinin açılışı olub. xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştira

Köçəryandan sonra Sərkisyandan da xəbər var

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan Antikorrupsiya Komitəsinə aparılıb. . KONKRET. -a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Sərkisyan binaya daxil olarkən jurnalistlərin onun hansı i

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər

Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiy

Erməni leytenant Zəngəzurda çənəsindən vuruldu – Dostları deyir ki…

Ermənistanın Sünik (Zəngəzur – red.) vilayətinin Sisyan şəhərində yerləşən hərbi hissələrdən birində leytenantın ölümü ilə bağlı yeni iddialar gündəmə gəlib. KONKRET. -a istinadən xəbər verir ki, erməni jurnalist Suzi Badoya


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta məzənnələri son xabar dunyada son xeberler xankendi