Ermənistan-ABŞ təlimləri təəssüf doğurur, əsas məsələ geosiyasi layihələr üçün platsdarm yaratmaqdır
Qərb Ermənistanı Cənubi Qafqazda müxtəlif qarşılıqlı fəaliyyət formatlarına cəlb edir, onlar ilk növbədə Rusiyaya qarşı yönəlib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə "Eagle Partner 2024" Ermənistan-ABŞ təlimləri haqqında danışarkən bildirib.
"Bu təlimlər təəssüfdən başqa heç nə doğurmur. Bu təlimlər İrəvanın KTMT-də iştirakını dondurması və təşkilata qarşı ictimai hücumları fonunda baş verəcək.
Qərblilər hansısa dinc məqsədləri bəyan etsələr də, əsas məsələ geosiyasi layihələr üçün platsdarm yaratmaqdır. Amerikalıların Cənubi Qafqazda peyda olması yalnız regionda qalan münaqişə potensialını gücləndirəcək və yeni ayırıcı xətlər yaradacaq", - Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarovanın sözlərinə görə, amerikalılar təlimlərin himayəsi altında Ermənistana NATO silahlı qüvvələri standartlarını tətbiq edirlər: "Bu, Ermənistanın bütün təhlükəsizlik sisteminin yenidən formatlaşdırılmasına gətirib çıxarır və nəticədə Qərbə Ermənistanın daxili və xarici siyasəti üzərində əlavə təsir rıçaqları verəcək".
Qeyd edək ki, iyulun 15-dən 24-dək "Eagle Partner 2024" Ermənistan-ABŞ birgə hərbi təlimləri keçiriləcək.
///APA / azxeber.com

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Xırdalanda 12 yaşlı qız itkin düşüb
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?
Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin - Saxlanıldı
Goranboyda avtomobil dərəyə aşdı: Şəhid anası həlak oldu
Bu bağçanı bit basıb?
Pomidor alarkən diqqətli olun: Tərkibindəki maddələr sağlamlığa zərər verə bilər
Bu yolda hərəkət məhdudlaşdırılacaq