Ermənistan Aİİ ilə bağlı qərar verdi
Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olaraq qalır və bu qurumda iştirakın yaratdığı imkanlardan maksimum istifadə etməyi planlaşdırır.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin plenar iclasında iqtisadiyyat nazirinin müavini vəzifəsini icra edən Narek Ovakimyan bildirib.
O, müxalifətçi "Ermənistan" fraksiyasının deputatı Aqnesa Hamoyanın ölkənin Aİİ-dən çıxacağı və ya ittifaqdan kənarlaşdırılacağı təqdirdə Ermənistan iqtisadiyyatının vəziyyətinin necə olacağı ilə bağlı sualını cavablandırıb.
Narek Ovakimyan bildirib ki, Ermənistan Aİİ-də qalacaq və ittifaqa üzvlüyün bütün üstünlüklərindən istifadə etməyə çalışacaq.
Onun sözlərinə görə, Rusiya bazarına bəzi Ermənistan məhsullarının tədarükünə qoyulan məhdudiyyətlər də daxil olmaqla, yaranan problemlərin ittifaq çərçivəsində mövcud mexanizmlər vasitəsilə həlli planlaşdırılır.
Parlamentin spikeri Ruben Rubinyan da məsələyə münasibət bildirib. O qeyd edib ki, Ermənistanın Aİİ-dən xaric edilməsi mümkün deyil, çünki bunun üçün müvafiq mexanizm mövcud deyil.
"Üzvlüyə süni maneələr yaradıla bilər. Lakin bu, tərəfdaşlar tərəfindən qeyri-dost addım olacaq", – deyə Rubinyan vurğulayıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Roman Abramoviç Bakıya gəldi
Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı
Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır
Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
Bu ərazilərdə işıq olmayacaq
Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı