Ermənistan ATƏT-də Ukraynaya qarşı çıxdı - Aleksandr Merejkodan ŞƏRH

Ermənistan ATƏT-də Ukraynaya qarşı çıxdı - Aleksandr Merejkodan ŞƏRHErmənistan ATƏT-də Ukraynaya qarşı çıxdı - Aleksandr Merejkodan ŞƏRH
ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının (XMM) büdcəsinin qəbul edilməsinin bloklanması xəbəri Kiyev üçün sürpriz olmadı. Belə ki, bir neçə gün əvvəl Ukrayna Xarici İşlər Nazirliyi ATƏT-ə üzv olan bəzi dövlətlərin XMM-nin Ukraynadakı səlahiyyət müddətinin yaxın 12 aya qədər uzadılması qərarının qarşısını almaq istiqamətindəki fəliyyətləri barədə bəyanat verib. Qurumun rəsmi açıqlamasında müvəqqəti işğal olunmuş Donetsk və Luqansk bölgələrindəki missiyanın məhdudlaşdırılmasının ərazidə eskalasiyaya səbəb ola biləcəyi qeyd edilib.
Mövcud mandatı martın 31-də bitən ATƏT missiyasının büdcəsini əngəlləyən ölkələr arasında Ermənistan da var.
Ukrayna Ali Radasının Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Aleksandr Merejko Caliber.Az-a açıqlamasında həqiqətən də bəzi ATƏT-ə üzv dövlətlərin sözügedən missiyanın fəaliyyətinin qarşısını alması faktını təsdiqləyib.
"Bu, son dərəcə xoşagəlməz bir siqnaldır. XMM-in fəaliyyəti, müəyyən mənada rus qoşunlarının Donbas ərazisindəki mümkün hərəkətlərinə qarşı çəkindirici amildir. Missiyanın dayandırılması Donbasda hərbi əməliyyatların daha da genişlənməsinə səbəb ola bilər. Ukrayna bölgədə sakitliyin qorunmasında maraqlıdır və XMM fəaliyyət göstərməzsə, Rusiya bundan mütləq istifadə edəcək", -deyə komitə sədri bəyan edib.
Mövcud vəziyyətə Kiyevin reaksiyasına gəlincə, parlamentarinin fikrincə, Ukrayna ATƏT üzvü olaraq, yalnız təşkilatın qaydaları çərçivəsində reaksiya göstərə bilər.
"ATƏT büdcəsini əngəlləyən dövlətlərin (Ermənistan da daxil olmaqla - red.) nəyə istinad etdiklərini söyləmək çətindir, lakin Ukrayna açıq şəkildə ATƏT-in fəaliyyətsizliyində maraqlı deyil. Əksinə, Ukrayna Minsk prosesində ATƏT-in oynadığı rolu qiymətləndirir. Ümid edək ki, ATƏT-in büdcəsi təsdiq olunacaq və təşkilat normal fəaliyyətini davam etdirəcək. Ukrayna və Azərbaycan arasında ATƏT çərçivəsində sıx əməkdaşlığa ümid edirik", -deyə A.Merejko bildirib. /oxu.az

Siyasi       Tarix: 31 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun hava proqnozu son xəbər metbuat xeberleri