Ermənistan Azərbaycana nə ixrac edəcək?

Ermənistan Azərbaycana nə ixrac edəcək?Ermənistandan Azərbaycana ixrac olunan məhsullarda əsas potensial istiqamətlərdən biri ərzaq və kənd təsərrüfatı məhsullarıdır.
KONKRET.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
O qeyd edib ki, Ermənistan xarici bazarlara şokolad və qənnadı məhsulları, konservlər, meyvə şirələri, mineral sular, şərab və digər içkilər, həmçinin təzə və qurudulmuş meyvə-tərəvəz ixrac edir.
"Bundan əlavə, Ermənistanın sənaye sahəsində də müəyyən ixrac potensialı mövcuddur. Kimya məhsulları, plastik və rezin məmulatları, metal məhsulları, metallurgiya məhsulları və digər sənaye malları gələcəkdə Azərbaycan bazarına çıxarıla biləcək məhsullar sırasında yer ala bilər".
Ekspertin fikrincə, konkret olaraq hansı məhsulların Azərbaycana idxal olunacağını isə qiymət, keyfiyyət, bazarda tələbat, logistika imkanları və yerli istehsalçılarla rəqabət müəyyən edəcək.
Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Trend-ə açıqlamasında bildirib ki, Ermənistandan Azərbaycana ixrac ediləcək məhsulların əsas istiqamətlərini sahibkarların qərarları müəyyən edəcək.
"Sahibkarlar hansı məhsulun hansı mənbədən gətirilməsinin daha sərfəli olduğunu iqtisadi hesablamalar əsasında qiymətləndirirlər. İlkin mərhələdə yeyinti məhsullarının gətiriləcəyini düşünmürəm. Daha çox sənayedə istifadə olunan xammal materialları və kimya sənayesi məhsullarının idxalı ehtimal olunur. Lakin gələcəkdə ixrac olunan məhsulların siyahısına yeyinti məhsulları da daxil edilə bilər", – deyə Xalid Kazımov qeyd edib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl keçirdiyi brifinqdə Azərbaycana ilk ixrac əməliyyatının həyata keçirildiyini açıqlamışdı.
Azərbaycandan Ermənistana məhsul ixracı da davam edir. Sentyabrın 3-də 17 çən vaqondan ibarət, ümumi çəkisi 989 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb. Ümumilikdə indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, eləcə də 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.
İki ölkə arasında ticarət və tranzit əlaqələrinin bərpası çərçivəsində Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə müxtəlif yüklərin daşınması da həyata keçirilir. Bu marşrutla indiyədək 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 334 ton taxta materialı daşınıb.

Siyasi       Tarix: 04 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılar

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi son xeber cəbhədən son məlumatlar bu gune olan xeberler