Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edərsə... - Korotçenko

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edərsə... - KorotçenkoAzərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib ki, əgər İrəvan sülh müqaviləsindən imtina etsə, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik.
KONKRET.az xəbər verir ki, Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko Trend-ə bildirib ki, sülh müqaviləsi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycan olmasını tanımasını əks etdirməlidir.
"Bu, yəni qonşulara torpaq iddiasından imtina sülh müqaviləsi ilə yanaşı, Ermənistan konstitusiyasında da əks olunmalıdır. İrəvanın sülh sazişindən imtinası Azərbaycanı da ümumilikdə analoji vəziyyətə qoyur, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımazsa, Azərbaycan niyə Ermənistanın ərazi bütövlüyünü tanımalıdır. Burada qarşılıqlılıq prinsipi işləməlidir. Bu, beynəlxalq diplomatiyanın baza prinsipidir. Və əgər Ermənistan mövcud reallıqları tanımaqdan imtina edərsə, Azərbaycanın da analoji addım atmaq hüququ var. Nəzərə alsaq ki, Prezident İlham Əliyev ixtisasca diplomatdır, beynəlxalq diplomatiyanın bilicisidir, onun mövqeyi hüquqi baxımdan tamamilə düzgündür və Ermənistandakı bütün siyasi qüvvələri qarşıdurma deyil, realizm yolunu seçməyə vadar etməyə yönəlib. Çünki qarşıdurma Ermənistanı proqnozlaşdırılmayan, kədərli fəsadlara gətirib çıxara bilər", – deyə o bildirib.
Onun sözlərinə görə, Ermənistanın siyasi elitasının bir hissəsi əvvəlki kimi revanşa və bu revanşda xarici qüvvələrin dəstəyinə köklənib.
"Xarici qüvvələr qismində bəzi ölkələrin destruktiv siyasətçiləri çıxış edir. Onlardan bəziləri ya korrupsionerdir, ya da erməni lobbisinin maraqlarını əks etdirir. Amma erməni lobbisinin özü də, ABŞ və ya Fransadkı erməni diasporları destruktiv revanşist mövqedən çıxış edir", – İ.Korotçenko deyib.
Ekspert vurğulayıb ki, Azərbaycanla sülh müqaviləsi Ermənistan iqtisadiyyatının daha səmərəli işləməsi üçün şansdır.
"Sülh müqaviləsi qarşıdurmanın sonudur, sərhədlərin açılması və nəqliyyat-logistika, iqtisadi layihələrdə fəal iştirak deməkdir. Ona görə də sülh müqaviləsi Ermənistan üçün öz maraqları baxımından vacibdir. İqtisadiyyat istənilən ölkənin səmərəli funksiyası üçün təməldir, ona görə də Azərbaycanla sülh müqaviləsi Ermənistan iqtisadiyyatının daha səmərəli işləməsi, dövlət büdcəsinin dolması, erməni əhalinin həyat şəraitinin yaxşılaşması üçün şansdır. Onun üçün də Ermənistan sülh müqaviləsində hətta Azərbaycandan daha çox maraqlı olmalıdır", – ekspert qeyd edib.
 

Siyasi       Tarix: 23 aprel 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


son xeberler azerbaycan xeberleri yeni xeberler xankendi ən son xəbərlər bugün xeberler xəbərlər.com