"Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalarına cavab verməlidir" - Çavuşoğlu
"Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalarına cavab verməlidir".
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Azərbaycanın qazandığı qələbədən sonra bölgədə sülh və əmin-amanlıq istəyini göstərdiyini deyən Çavuşoğlu Ermənistana hərtərəfli sülh sazişinin təklif edildiyini xatırladıb:
"Onlar dedilər ki, xarici işlər nazirləri hərtərəfli sülh sazişi danışıqlarını aparmalıdırlar, biz də sevindik və məmnun olduq. Ermənistanı bu xoş niyyətli yanaşmalara cavab verməyə çağırırıq. Ermənistanda administrasiyanın daxildəki radikalların, xaricdəki diasporun təzyiqi altında olduğunu görürük. Biz əvvəllər təkcə Blinkenə deyil, digər həmsöhbətlərimizə də demişdik ki, Ermənistan bu istiqamətdə daha çox təşviq edilməlidir".
Çavuşoğlu daha sonra sərhədlərin müəyyən edilməsi üzrə birgə komissiyanın yaradılmasının gündəmə gəldiyini, Brüsseldə keçirilən görüşlərdə bu məsələlərlə bağlı razılıq əldə edildiyini və birgə sərhəd komissiyasının yaradıldığını deyib.
Türkiyə XİN rəhbəri, həmçinin, Azərbaycanın da Türkiyə ilə Ermənistan arasında danışıqları dəstəklədiyini və bunun müsbət hal olduğunu bildirib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun