Ermənistan Azərbaycanla könüllü razılaşıb - Paşinyanın sözçüsü

Ermənistan Azərbaycanla könüllü razılaşıb - Paşinyanın sözçüsüErmənistan Respublikası sərhəd delimitasiyasına məcbur edilməyib, lakin qeyd etmək lazımdır ki, bəli, Azərbaycan 4 kəndin qaytarılmasında israrlı idi.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan İctimai Televiziyasının efirində Baş nazir Aparatının İctimaiyyətlə əlaqələr və İnformasiya mərkəzinin direktoru Qor Tsarukyan Tavuş və Qazax rayonları arasında aparılan demarkasiya prosesindən danışarkən bildirib.
Azərbaycanın Ermənistanı hətta müharibə ilə hədələməsinə gəlincə, Tsarukyan deyib ki, rəmi səviyyədə belə bir şey olmayıb, amma bu cür bəyanatların ictimaiyyət tərəfindən səsləndirilib.
"Azərbaycan delimitasiya prosesi aparılmadan, heç bir sərhəd xətti göstərilmədən kəndlərin qaytarılmasını təkid edirdi: kəndləri qaytarın, vəssalam! Erməni tərəfinin tələbləri nəticəsində biz məhz bu delimitasiya prosesinə başladıq, onun vasitəsilə Sovet İttifaqının dağılması zamanı mövcud və hüquqi əhəmiyyətli sərhəd xəttini dəqiq müəyyən etmək və delimitasiya aparmaq mümkün oldu. Proses Alma-Ata sazişinə əsaslanan dövlət sərhədini müəttənləşdirdi".
Sərhədlərin delimitasiyasının Ermənistan Konstitusiyasına və beynəlxalq müqavilələrə zidd olması ilə bağlı tənqidlərə toxunan Tsarukyan qeyd edib ki, proses beynəlxalq hüquqi müqavilə çərçivəsində aparılır.
"Ermənistan və Azərbaycanın güclü beynəlxalq hüquqi bazası var, onun əsasında delimitasiya prosesinə başladılar və ümid edirik ki, delimitasiya davam edəcək. Beynəlxalq hüquqi bazanın ən effektivi 1991-ci ildə tərəflər tərəfindən təsdiq edilmiş Alma-Ata Bəyannaməsidir, onun əsasında Minsk sazişi imzalanıb, təsdiq edilib və ratifikasiya edilib.
Minsk sazişinin 5-ci bəndinə və Alma-Ata Bəyyannaməsinin 3-cü bəndinə, habelə MDB Nizamnaməsinin müvafiq müddəalarına əsasən, tərəflərin bir-birinin sərhədlərini və mövcud sərhəd xətti boyunca ərazi bütövlüyünü tanıması təsdiq edilir. Tərəflərin bir-birinə qarşı ərazi iddiaları yoxdur", – Tsarukyan deyib. O, hər iki ölkədə bu sazişlərin müvafiq ratifikasiya prosesindən keçdiyini bildirib və deyib ki, bu isə hər iki ölkənin möhkəm hüquqi bazaya malik olması deməkdir.
Tsarukyan qeyd edib ki, bu proses sərhədin çəkilməsi, sərhədin tənzimlənməsi, ərazinin dəyişdirilməsi prosesi deyil, Sovet İttifaqının mövcud sərhədlərinin bərpası və ya təkrar istehsalı prosesidir. (Modern.az)

Siyasi       Tarix: 06 iyun 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler gunun xeberleri xeberler bu qun maşın realiti şou