Ermənistan barıt çəlləyinin üstündə oturub – Ovannisyan
Ermənistan barıt çəlləyinin üstündə oturub. Putinin çıxışı daha çox "Artsax"la deyil, Ermənistanla bağlı idi.
KONKRET.az xəbər verir ki, bu barədə "Alternativ layihələr" qrupunun üzvü Vaqe Ovannisyan öz məqaləsində yazıb.
"Putinin bəyanatlarından sonra biz yeni mərhələyə qədəm qoyduq. Reallığı mümkün qədər praqmatik olaraq dərk etmək lazımdır" – deyə Ovannisyan bildirib.
Erməni siyasətçi bildirib ki, baş nazir Nikol Paşinyanın hər şey haqqında əla təsəvvürü var. Lakin insanların böyük əksəriyyəti vəziyyəti başa düşmür.
"Bu, normaldır, Ukrayna xalqı da başa düşmədi. Fevralın 23-dək açıq mətnlərdə deyilənlərə qulaq asmadı. İnsanlar adətən faktla qarşılaşana qədər vəziyyəti anlamırlar. Bundan sonra 10 milyondan çox insan didərgin düşdü, minlərlə yaşayış məntəqəsi, şəhərlər, ailələr, talelər dağıdıldı" – deyə Ovannisyan fikrini bitirib.
Günel Mikayılova,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü