Ermənistan builki KTMT təlimlərində iştirak edəcəkmi? - AÇIQLAMA
Ermənistan Müdafiə Nazirliyi ölkənin bu il keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təlimlərində iştirakı məsələsinə münasibət bildirib.
KONKRET.azxəbər verir ki, bu barədə "Sputnik Armenia" yazıb.
Qeyd olunub ki, KTMT-nin Qırğızıstandakı Kollektiv Çevik Reaksiya Qüvvələri və KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələrinin iştirakı ilə təlimlərin keçirilməsi planlaşdırılır.
Nazirlik bildirib ki, KTMT-nin təlimlərində iştirak məsələsi Təşkilatın hər bir üzvü tərəfindən təlimlərin elan edilməsi mərhələsində həll olunur.
Xatırladaq ki, ötən ilin noyabrında Təşkilatın o zamankı Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov bu il təlimlərin Qazaxıstan və Qırğızıstanda keçiriləcəyini açıqlamışdı.
Ermənistan ötən ilin 9-13 oktyabrında Qırğızıstanda keçirilən KTMT-nin "Sarsılmaz qardaşlıq" hərbi təlimlərində iştirakdan imtina edib. Ölkə rəhbərliyi də Təşkilatın iclaslarında iştirak etməyib.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi