Ermənistan çətin seçim qarşısında: Paşinyan 2026-cı ilədək bu addımı atmasa
"Ermənistanda mövcud olan daxili siyasi gərginlik regionda təhlükəsizlik və sülh proseslərinə birbaşa təsir edə bilər. 2026-cı il Ermənistan üçün həlledici mərhələ olacaq".
Bu fikirləri beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli KONKRET.az-a açıqlamasında səsləndirib.
"Ermənistan həmin dövrədək kilsə ilə bağlı daxili problemlərini həll etməlidir. Eyni zamanda Rusiya ilə münasibətlərində daha müstəqil mövqe sərgiləmək zərurəti yaranır. Bu prosesdə İrəvanın qərb dövlətləri ilə əməkdaşlığı da mühüm əhəmiyyət kəsb edir. Lakin Ermənistanın bu istiqamətdə hansı addımlar atacağı hələlik sual altındadır. Çünki İran və Rusiya faktoru burada əsas məhdudlaşdırıcı amil kimi qalmaqdadır".
Əlibəylinin sözlərinə görə, ABŞ hərbi kontingentinin Ermənistan ərazisində mövcudluğu da regionda balansı dəyişdirə biləcək amillərdəndir:
"Bu, həm Moskva, həm də Tehran üçün həssas mövzudur. Ermənistanın daxili siyasi kursu və qərarları gələcəkdə Cənubi Qafqazdakı təhlükəsizlik mühitinə birbaşa təsir göstərəcək".
Şərhçinin sözlərinə görə, Ermənistanın qarşıdakı illərdə qəbul edəcəyi qərarlar yalnız ölkənin daxili siyasəti üçün deyil, bütövlükdə regional sabitlikdə də həlledici rol oynayacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO