Ermənistan çətin vəziyyətdən çıxa bilməyəcək - Rusiyanı Qərblə əvəzetmə planı tam həyata keçəcəkmi?

Ermənistan çətin vəziyyətdən çıxa bilməyəcək - Rusiyanı Qərblə əvəzetmə planı tam həyata keçəcəkmi?Ötən həftə ritorikasını bir qədər dəyişən Ermənistan Baş naziri Nikol Paşinyan Qərbdəki havadarlarının dəstəyi ilə bir sıra bəyanatlarla diqqəti cəlb etdi. Əvvəlcə İtaliya mətbuatına müsahibəsində Rusiyanı ittiham edən Paşinyan daha sonra regionda sülhə təhdid bəyanatlar verdi. Günaşırı mövqeyini dəyişən Paşinyanın seçdiyi taktika siyasət aləmində nadir hadisələrdən hesab edilsə də, Ermənistan Baş nazirinin Cənubi Qafqazı poliqona çevirmək planı da erməniləri xilas edə bilməyəcək. Bölgədə varlığını itirmək təhlükəsi ilə üzləşən Ermənistanın xilas yolu yalnız sülh müqaviləsindədir.
Düşmən ölkə isə sülhə əngəl törədən əməllərindən əl çəkmir və müxtəlif təxribatlar törətməkdə maraqlıdır. Qarabağda separatizmi dəstəkləyən, Ermənistanın dövlət büdcəsindən maliyyə ayıran Paşinyan sözdə bir, əməldə başqa mövqe nümayiş etdirsə də, əslində məqsəd aydındır; müəyyən müddətə qədər vaxt uzatmaq və dünyada baş verən geosiyasi hadisələrin sonunu gözləmək. Azərbaycan isə düşmənin bu planını yaxşı anlayır və hadisələrin uzanmasına imkan vermir. Ermənistanın "humanitar böhran" şousu, üstəlik, problemi fərqli kontekstdə dünyaya çatdırması da ermənilərin işinə yaramır.
Ağdam – Xankəndi yolundan imtina edən ermənilər Azərbaycan "Qırmızı Aypara" cəmiyyətinin humanitar yükünü qəbul etməkdən imtina edərək, birmənalı şəkildə Ağdam marşrutunu özləri üçün qırmızı xətt elan ediblər. Üstəlik, Rusiyanın Ağdam – Xankəndi yolu ilə gətirdiyi humanitar yüklər də Qarabağa buraxılmır. Deməli, ermənilərin dərdi "humanitar böhran" deyil. Aclıqdan əziyyət çəkən toplum onlara göndərilən humanitar yardımdan imtina edib yüklərin yalnız Laçın yolundan keçirilməsini tələb edirsə, deməli, məqsəd tamam başqadır. Öz siyasi ambisiyasını təmin etməyə çalışan Ermənistan iki aya yaxındır yük maşınlarını Azərbaycanla sərhədə gətirib və siyasi manipulyasiya ilə məşğuldur.
Üstəlik, qanunsuz rejimə dəstək nümayiş etdirən Paşinyan bununla da regionda hərbi-siyasi vəziyyəti gərginləşdirir. Həftəsonu bir neçə ölkənin dövlət və hökumət başçılarına zəng edən Paşinyan yenə haray-həşir salmaqla dünya ictimaiyyətinin diqqətini regiona cəlb etmək niyyətindədir. İndi rəsmi İrəvan Azərbaycanı yeni müharibəyə hazırlaşmaqda ittiham etsə də, əslində sərhədə texnika və canlı qüvvə toplayan Ermənistandır. Verdiyi bəyanatlarla çaşqınlıq yaradan Paşinyan özünü sığortalamağa çalışır. Amma buna nə dərəcədə nail olacağını demək çətindir. Məsələ burasındadır ki, ABŞ-la birgə hərbi təlim keçirən Ermənistanın bu addımı həm Rusiyanın, həm də İranın maraqlarına ziddir. Təlimlərlə bağlı Rusiya Ermənistana öz iradlarını bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanda G20 sammitindən sonra jurnalistlərin suallarına cavab verərkən bildirib ki, Rusiya ABŞ-ın Cənubi Qafqaza nüfuz etməyə çalışmasında yaxşı heç nə görmür:
"Düşünürəm ki, İrəvanın bu qərarı Ermənistana yaxşı heç nə vəd etmir və Ermənistan rəhbərliyinin hərəkətləri təəssüf doğurur".
Rusiya xarici işlər naziri qeyd edib ki, Ermənistanın iki ildir KTMT hərbi təlimlərində iştirakdan imtina etdiyini nəzərə alsaq, İrəvanın hərəkətləri xüsusilə qəribə görünür. Üstəlik, Cənubi Qafqazda Ermənistanı özünün "qırmızı xətti" hesab edən İran da rəsmi İrəvanın bu addımına narazılığını bildirib. Şənbə günü İran prezidenti Ermənistan-ABŞ hərbi təlimlərindən narahatlığını ifadə edib. Beləcə, Cənubi Qafqazda hərbi-siyasi vəziyyəti gərginləşdirən Ermənistan bunun məsuliyyətinin ağır olduğunu anlamır.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 11 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 sonxəbər bu gune olan xeberler xeberler bu qun