Ermənistan daha bir iqtisadi drayverini itirdi - FOTO
Ermənistan daha bir iqtisadi drayverini itirdi - FOTO
Ermənistanın emal sənayesinin aparıcı sahələrindən biri spirtli içki istehsalıdır. Hazırda üzüm şərabları və digər spirtli içki növü istehsalı bu ölkənin iqtisadiyyatında əsas drayver sektorlardan hesab edilir. Lakin, pandemiya və müharibənin təsiri ilə sektor böhran yaşayır və bu böhran daha da dərinləşir.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 2019-cu ildə içkilər, o cümlədən, spirtli içkilər üzrə ixracın həcmi 293 milyon ABŞ dolları olub. Bu da ümumi ixracda 11 faizi təşkil edib. Beləliklə, Ermənistanda ixracın həcminə görə iqtisadiyyatın bu sektoru 4-cü yerdə qərarlaşıb və buna görə də ölkəyə əsas valyuta gətirən sahələrdən biri hesab edilir.
Ermənistanda istehsal olunan şərab və digər alkoqollu içkilərin 75,1 faizi ənənəvi olaraq Rusiya Federasiyasına ixrac edilir. Bununla yanaşı digər ixrac bazarlarına Ukrayna, Belarus, ABŞ, Çin, İsveçrə, Polşa, Fransa, İtaliya aiddirlər. Pandemiyadan ciddi zərər çəkmiş sahənin 2020-ci il üzrə inkişafında mənfi bir tendensiya yaşanır.
2020-ci ilin 7 ayı ərzində Ermənistanın şərab istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz azalıb. Müharibənin təsiri ilə bu böhran daha da dərinləşir. Təbii ki, bu sektorda geriləmə ixracın azalması ilə yanaşı ölkəyə gələn birbaşa xarici investisiyanın da azalmasına gətirib çıxaracaq.
Həmçinin, şərabçılıq və digər alkoqollu içkilərin istehsalı Ermənistanda əsas investisiya imkanları olan 5 sahədən biridir. Bu sahədəki geriləmə nəticəsində Ermənistan həm də xarici bazarlardakı mövqelərini itirəcək.
Vurğulanıb ki, hazırda ölkədə üzümçülük məhsullarına tələb azalır və bu da fermərlərin gəlirlərinin azalmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, Ermənistanda kasıb əhalinin önəmli hissəsi kənd yerlərində yaşayır, fermerlərin gəlirlərinin azalması öz növbəsində kənd yerlərində kasıblıq həddinin artmasına gətirib çıxaracaq.
Qeyd edilib ki, Ermənistanın işğalçı siyasətinin mənfi təsirlə bu ölkədə iqtisadiyyatın bütün sahələrində özünü göstərir. Bu isə ondan xəbər ki, Ermənistanın uzunmüddətli müharibə aparmağa nə resursu, nə də iqtisadi gücü var.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR