"Ermənistan dövlət olaraq müharibə və soyqırım cinayətləri törədib" - AÇIQLAMA

Tariximizin ən şanlı səhifəsinin, Vətən müharibəsində parlaq Qələbənin təntənəsi zaman keçdikcə daha böyük əks-səda yaradacaq. Çünki "Dəmir Yumruq" əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə böyük qələbə qazandı. Bu tarixi zəfər müasir və müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, həm də xalqımızın qələbə əzminin əyani təsdiqi oldu. 30 il ərzində işğal altında olan torpaqlarımızı Ali baş Komandan İlham Əliyevin siyasi iradəsi və əzmi sayəsində şanlı Ordumuz 44 günə mənfur düşməndəm təmizlədi. Bu tarixi qələbə həm də Ermənistanın sülh və insanlıq əleyhinə törətdiyi cinayətləri dünya ictimaiyyətinə əyani şəkildə çatdırmağımız üçün böyük fürsətə çevrildi. Bu fürsəti isə Cənab Ali Baş Komandan İlham Əliyev dünyanın nüfuzlu telekanallarına müsahibəsində, o cümlədən də beynəlxalq səfərləri zamanı böyük auditoriyalardakı çıxışlarında əldən vermədi. Belə ki, ölkə başçısı Vətən müharibəsində qazanılmış tarixi Qələbə, habelə Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərin, o cümlədən müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox böyük  addımlar atdı.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəylinin sözlərinə görə, Azərbaycanın dövlətçilik tarixinə xüsusi bir mərhələ kimi baxdıqda, məhz Prezident İlham Əliyevin dönəmini əlahiddə qeyd etmək lazım gəlir: "Bu, uzun illərə və əsrlərə bərabər tarixi hadisələri özündə əks etdirir. 44 günlük müharibəyə qədər gəlib keçən siyasi proseslər onu göstərdi ki, Ali Baş Komandan 2003-cü ildən etibarən özünün dönəminə aid və  əlbəttə ki, Ümummilli Lider Heydər Əliyev ənənələri əsasında formalaşdırdığı yeni baxışı ortaya qoydu. Azərbaycanın iqtisadi baxımdan güclənməsi, yeni ordunun təsis edilməsi, müdafiə qabiliyyətinin yüksəldilməsi, gənc nəslin milli vətənpərvər hisslərlə tərbiyə olunması, eləcə də ideologiyanın öz yerini tapması siyasətin əsas elementləri kimi çıxış etdi.
Davam edən proseslərin hamısı işğal altında olan ərazilərin gec-tez düşmən tapdağından azad ediləcəyi günün hədəfləməsinə gətirib çıxardı. Bu hədəf Prezident İlham Əliyevin Ali Baş Komandan kimi əsas missiyasının göstəricisi idi. Hansı ki, bu missiya 44 günlük savaşda özünün kuliminasiya nöqtəsinə çatdı. Burada erməni tərəfinin süqutu, rəsmi İrəvanın arxasındakı güclərin məğlub olması kimi xarakterizə olundu. Eyni zamanda  Azərbaycanın tarixi ədalətin yerini tapması naminə bu qələbəni reallaşdırması üçün xalqımız 3 min şəhid verdi. 10 minlərlə əsgər, zabit və generalımızla birlikdə reallaşdırılan bu tarixi zəfər İlham Əliyevin necə böyük bir komandan olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Əlbəttə ki, 44 günlük müharibə dönəmində Azərbaycana qarşı edilən beynəlxalq təzyiqlər fonunda müharibəni həyata keçirmək üçün tələb olunan psixoloji, hərbi, iqtisadi və güc resurslarının, o cümlədən savaş əhval ruhiyyəsinin bir an olsun azalmaması qələbəmizi şərtləndirən əsas səbəblərdən biri oldu".
Əziz Əlibəyli Ermənistanın 30 il ərzində bir sıra hərbi cinayətlər törətdiyini, dövlət terrorizmi həyata keçirdiyini deyib: "Ermənistan dövlət olaraq müahribə və soyqırım cinayətləri törədib. Azərbaycanın mülki əhalisinə qarşı cinayətlər həyata keçirirb. Beynəlxalq mülki paktları, insan haqları və hüquqlarını pozub. Bütün bunlarla yanaşı müharibə cinayətlərini təkcə insanlıq əleyhinə növləri ilə yekunlaşdırmayıb. Azərbaycanın sərvətlərini, mədəniyyət abidələrini, irsini məhv edib. Bu genişçeşidli erməni işğalçılıq savaşının arxasında Azərbaycan vətəndaşlarının 30 il ərzində məcburi köçkün və qaçqın düşməsi, şəhid olması kimi olaylar dayanıb.
Azərbaycan tərəfi erməni cinayətlərinin dünyaya tanıdılması ilə bağlı müxtəlif platformalarda, beynəlxalq qurumlarda və təşkilatlarda, güclü dövlətlərlə ikitərəfli münasibətlərdə, o cümlədən rəsmi Bakının əməkdaşlıq etdiyi bir sıra beynəlxalq təşkilatlarda, ölkəmizin sədrlik etdiyi beynəlxalq qurumlarda vacib iş aparıb. Belə ki, erməni işğalının ifşa edilməsi, eləcə də Ermənistanın yanında yer alan ölkələrə əsl həqiqətən nədən ibarət olduğunun aşılanması xarici siyasətimizin prioritetinə çevrilib. Bir an da olsa xarici siaysətdən imtina edilməyib. Hazırda beynəlxalq məhkəmələrdə, insan haqları qurumlarında və UNESCO xətti ilə Qarabağ müharibəsinə dair öncədən vasitəçilik həyata keçirən qurumların hesabatlarında  Ermənistanın müharibə cinayətlərinin əksini tapması, eləcə də  baiskarların cəzalandırılması ilə bağlı real addımlar atılır".
Bir sözlə bu şanlı qələbəni siyasi-diplomatik və iqtisadi müstəvidə də uğurla davam etdirən Azərbaycan regionda əməkdaşlıq və rifah üçün yeni reallıqlar yaradır.
Müşviq Tofiqoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusuna uyğun olaraq dərc edilir.

Siyasi       Tarix: 28 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler hava durumu xeber xeber.az 2026