Ermənistan hakimiyyəti ilə diaspora arasında qarşıdurma kəskinləşir
"Erməni diasporu Ermənistandakı daxili proseslərə birbaşa təsir imkanlarından məhrumdur. Diaspora nümayəndələri səsvermədə iştirak edə və Ermənistanda yüksək vəzifə tuta bilməz".
KONKRET.az xəbər verir ki, bunu "The California Courier" qəzetinə müsahibəsində Amerikada erməni diasporunun aparıcılarından biri Arut Sasunyan deyib:
"Diaspor yalnız Ermənistana yardım göndərə və ya vəsait yatıra bilər. Həm də uzun illərdir görülən işlərlə bağlı məsləhətlər verə, səhvləri göstərməkdən başqa imkanları yoxdur Mövcud hökumət heç kimin məsləhətinə qulaq asmır. Təəssüf ki, o (Paşinyan) özü heç nə başa düşmür, eyni zamanda heç kimi dinləmək, diasporun, hətta öz partiyasının nümayəndələrinin məsləhət və rəyini dinləmək istəmir". Onun fikrincə, Paşinyan nəinki ölkə daxilində, hətta diasporda da daim bölücü xətlər tətbiq edən özündən razı fiqurdur.
Sasunyan qeyd edib ki, Zare Sinanyan dövlət hesabına dünyanı dolaşan və qəbuledilməz bəyanatlar verən şəxsdir. Xaricdə fəaliyyət göstərən icma təşkilatlarının nümayəndələri Ermənistanın baş nazirini tənqid etdiyinə görə Sinanyan onlarla işləməkdən imtina edir. Sinanyan diasporda mahiyyətcə nə çəkisi, nə də təsiri olmayan yeni qruplar və şəxslərlə əməkdaşlıqda israrlıdır.O, əlavə edib ki, Sinanyan funksiyalarının nə olduğunu başa düşmür və özünü Paşinyanın təbliğatçısı hesab edir".
Vəli Həsənov,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi