Ermənistan hava məkanını Rusiyaya bağlaya bilər
Rusiya rəsmiləri Ermənistanın Avropa İttifaqı ilə dərinləşən münasibətləri fonunda rəsmən hava məkanının Rusiya təyyarələri üçün bağlana biləcəyi ehtimalından narahatdır.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı açıqlama verib. O, bildirib ki, Ermənistanın Avropaya inteqrasiyası davam edərsə, Brüssel bu ölkəyə Rusiya aviasiyasına hava məkanını bağlamağı tapşıracaq və Ermənistanın başqa seçim şansı qalmayacaq.
"Baxın, hazırda bizim Avropa İttifaqı ilə hava əlaqəmiz yoxdur. Onlar hava məkanını Rusiya təyyarələrinin üzünə bağlayıblar. Ermənistan da belə bir addım atacaqmı? Əgər siz Avropa İttifaqına daxil olsanız, bəli. Çünki Brüssel sizə deyəcək ki, hava sahəsini bağlayın və siz bunu edəcəksiniz", – deyə Overçuk bildirib.
Rusiya rəsmisi bu ehtimalın yüzlərlə aviareysin ləğv olunmasına, yükdaşımalarda problemlərə və logistik sistemin pozulmasına səbəb ola biləcəyini qeyd edib.
Bu açıqlama, Moskvanın Ermənistanın Qərbə doğru meyillənməsindən artan narahatlığını bir daha nümayiş etdirir. Ekspertlərə görə, bu, Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik mərhələsinin başlanğıcı ola bilər.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır