Ermənistan İran-Pakistan münaqişəsini fürsətə çevirmək istəyir: "Azərbaycanın dostu bizim düşmənimizdir"

Ermənistan İran-Pakistan münaqişəsini fürsətə çevirmək istəyir:

" class="imgbcode" />İranın Pakistana raket zərbələrindən sonra qarşı tərəfin cavabı özünü çox gözlətməyib. Pakistan dərhal İrana adekvat cavab verib. Üstəlik, İran İraqdakı hərbi bazalara raket zərbələri endirməklə qırmızı xətti keçib.
İranın regionda fəallaşmasında Hindistan faktorunun da rolu var. İranın hücumlarından əvvvəl Hindistanın xarici işlər nazirinin müavinin İrana səfəri də təsadüfü sayıla bilməz. Uzun illərdir, Pakistanla münasibətləri yoluna qoya bilməyən Hindistan İranın bu ölkəyə hücumundan bəhrələnmək niyyətindədir. Bu münaqişədə maraqlı tərəf isə təkcə Hindistan deyil. Pakistana hücum Ermənistanın da diqqət mərkəzindədir. Ermənistanın iki müttəfiqinin yeni münaqişədə təşəbbüskarlığı onlar üçün göydəndüşmədir.
Erməni ekspertlər artıq mövzu ilə bağlı mövqelərini də ortaya qoyublar. KONKRET.az xəbər verir ki, iranşünas Vardan Voskanyan bildirib ki, Ermənistan bu münaqişədən yararlanmalıdır:
"Bu münaqişə Ermənistanın maraqlarına uyğundur. İlluziyaları kənara qoyub, bu iki Asiya nəhəngi ilə ciddi işləməliyik. Hindistanın düşməni olan Pakistan Azərbaycanın strateji müttəfiqidir. Deməli, Pakistan həm də Ermənistanın düşmənidir. Biz bu məsələlərdən maksimum yararlanmalı və Ermənistanın maraqlarını təmin etməliyik".
Geosiyasi vəziyyətdən istifadə edib Pakistanı terror dövləti kimi qələmə verən erməni ekspert bildirib ki, İranın zərbələrinin çox aydın və dərin mesajı var. Hindistandan başlayan və İrandan keçən Şimal-Cənub marşrutu Hindistan yarımadasını Avropa ilə birləşdirən ən qısa və təhlükəsiz beynəlxalq marşruta çevriləcək:
"Turan layihəsi "Orta Dəhliz" proqramına ziddir və onun Ermənistan ərazisindən keçməklə həyata keçirilməsi Hindistan və İranın maraqların toxunur. Ona görə də Hindistanın Ermənistanı silahlandırması, İranın vaxtaşırı Azərbaycanı hədələməsi  də təsadüfi deyil".
Bütün dövrlərdə yaranan geosiyasi dəyişiklikdən maksimum yararlanmağa çalışan Ermənistan növbəti fürsət gözləyir. Amma Ermənistanın özünü güclü dövlətlərlə eyni tərəziyə qoyması da siyasi naşılıqdır. Yüz illərdir qonşu dövlətlərin kölgəsinə sığınan və baş qaldırmaları üçün münbit şərait gözləyən ermənilərin budəfəki gözləntiləri də nəticə verməyəcək.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 19 yanvar 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi

Prezident İlham Əliyev sloveniyalı həmkarı Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. KONKRET.azməktubun mətnini təqdim edir:. "Hörmətli xanım Prezident,. Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Gün

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək. KONKRET.azxəbər verir ki, sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndəriləcək

TƏCİLİ! Rusiyadan Ermənistana ŞOK HƏDƏ - Ordu yeridilir?

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moldova və Ermənistanın hazırkı xarici siyasət kursu ilə bağlı kəskin bəyanat yayıb. xəbər verir ki, Medvedev Qərb hərbi blokunun Rusiya sərhədlərinə yaxınlaşma

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 1 iyulda Azərbaycana gələcək. "Report"a istinadən xəbər verir ki, bu barədə "AnewZ" telekanalı xəbər verir. Məlumata əsasən, bu səfər Avropa Komissiyas

Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ölkəsində baş vermiş zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib. xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb. "Venesuela hökuməti Azərbayca

Əraqçi İraq prezidenti ilə görüşdü

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Bağdada rəsmi səfəri çərçivəsində İraq prezidenti Nizar Amidi ilə görüş keçirib. KONKRET.azxəbər verir ki, görüş zamanı tərəflərin İran–İraq münasibətləri, regional vəziyyə

Gələn həftə AB ilə bu xəbəri elan edəcəyik - Paşinyan

Ermənistan və Avropa Birliyi gələn həftə Ermənistan kənd təsərrüfatı məhsullarının AB-yə idxal prosedurunun sadələşdiriləcəyini elan edəcəklər. xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə bildiri

Krımda fövqəladə vəziyyət elan edildi

Krım və Sevastopolda fövqəladə vəziyyət elan olunub. axaraz-a istinadən xəbər verir ki, bunu Krımın rəhbəri Sergey Aksenov Teleqram kanalında yazıb. "Sevastopol şəhərinin qubernatoru Mixail Razvojayevlə birgə Krım v

Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır

Serbiya prezidenti Aleksandar Vuçiç gözlənilməz açıqlama ilə gündəmə gəlib. KONKRET.azxəbər verir ki, Aleksandar Vuçiç Belqradda keçirilən hökumətyönlü mitinqdə çıxışı zamanı yaxın vaxtlarda prezident vəzifəsindən ayrılacağın


azerbaycan xeberleri son xeberler yeni xeberler oxu.az xeberler valyuta mezenesi cəbhədən görüntülər beynelxalq bank mezenne