Ermənistan İran və Hindistandan silah alır - Yeni müharibə ola bilərmi?

Ermənistan İran və Hindistandan silah alır - Yeni müharibə ola bilərmi?44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan yaşadıqlarından dərs almaq istəmir. 
Son günlər yayılan xəbərlərdən aydın olur ki, Ermənistan İran və Hindistan kimi ölkələrdən silah almaqla məşğuldur. Azərbaycanla sülh müqaviləsinin imzalanmasından da hər vəclə yayınmağa çalışan, vaxt uzadan Ermənistan hansı proseslərə hazırlaşır? Ermənistan yeni müharibə istəyirmi?
Milli Məclisin deputatı Arzu Nağıyev məsələ ilə bağlı azxeber.com-a fikirlərini bildirib. 
Ermənistan İran və Hindistandan silah alır - Yeni müharibə ola bilərmi?O, qeyd edib ki, Ermənistanın İran və Hindistandan silah alması elə bir ciddi əhəmiyyət kəsb etmir:
"Məlum məsələdir ki, Ermənistanın İran və Hindistandan silah alması elə bir ciddi əhəmiyyət kəsb etmir. Hər bir dövlətin öz daxili işidir ki, kimdən silah alsın, kimdən silah almasın. Mühüm məsələ odur ki, buna Rusiya birmənalı şəkildə reaksiya verməlidir. Çünki əgər Ermənistan ərazisində Rusiya qoşunları dislokasiya olunubsa və orada böyük bir baza varsa, rus silahları varsa, artıq bu silahların kənardan alınması bir az müəyyən fikirlər yaradır. Yəni, əsas məqam ondan ibarətdir ki, məhz İran və Hindistanla olan münasibət düşünürəm ki, hansısa bir aliansın yaradılması istiqamətində atılan addımlardır".
Arzu Nağıyev qeyd edib ki, burada silah biznesi məsələnin görünən tərəfidir: 
"Mirzoyan açıqlamasında bildirib ki, xarici işlər naziri Ceyhun Bayramovla görüşləri olacaq, müəyyən təkliflərlə bağlı müzakirələr aparılacaq. Paralel olaraq məhz sülh müqaviləsinin imzalanmayacağı da də onun açıqlamasında deyilib. Son vaxtlar baş verən hadisələr həm Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi, bir sıra beynəlxalq təşkilatlardan qondarma qurumun statusu ilə bağlı verilən açıqlamalar, eyni zamanda separatçı qurumun rəhbərlərinin davranışları eyni zamanda sülhməramlı qüvvələrin fəaliyyəti-bütün bu proseslər hamısı onu göstərir ki, nəyin bahasına olur olsun, sülh müqaviləsi imzalanmasın. 
Düşünürəm ki, sülh müqaviləsi imzalanarsa, sülhməramlı qüvvələr də ərazini tərk etməlidir, artıq münaqişə tərəfi yoxdursa, artıq qeyri-qanuni silahlı qurumlar ərazidən çıxarılıbsa, mütləq şəkildə sülhməramlı qüvvələrə də ehtiyac qalmır". 
Deputatın sözlərinə görə, başqa bir müharibəyə də ehtiyac qalmayacaq:
"Sülhməramlı qüvvələrin məhz müşayiəti ilə keçən texnika, eyni zamanda general Volkovun da açıqlamasındakı birgə fəaliyyət üçün mini gömrük postunun yaradılması mütləq şəkildə lazımdır. Bütün bu açıqlamalar göstərir ki, yəni separatçı qurum nəyin bahasına olursa, olsun öz varlığını dünyaya sübut etməyə çalışır, lakin bunların hamısı qeyri-qanunidir, artıq Azərbaycan Qarabağ ərazisindədir, jurnalistlərin getməsi, eyni zamanda qurumlarımızın orada iştirak etməsi bir daha göstərir ki, bu proseslər ermənilərin xoşuna gəlməyən addımlardır. Onların havadarlarının xoşuna gəlməyən məsələlərdir ki, sülhə doğru addımlar atılır. Ona görə də düşünürəm ki, başqa bir müharibəyə də ehtiyac qalmayacaq. Çünki Azərbaycan Ordusunun Türkiyəylə birgə "Qardaş yumruğu" adlanan hərbi təlimlərindən onlar özlərinə bir nəticə çıxarmalıdır ki, istənilən vaxt heç bir beynəlxalq qanun və qaydaları pozmayaraq, heç bir problem yaratmayaraq Azərbaycan öz ərazisində anti-terror əməliyyat keçirə bilər və bunun da heç bir təşkilat tərəfindən qanunsuz olduğu deyilə bilməz".
"Prosesin sülh yolu ilə başa çatması  çox mühüm məsələdir, sərhədlərin delimitasiyası, demarkasiyası, yəni verilən o 5 təklifi Ermənistan qəbul edib , eyni zamanda öz təklifləri ilə sülh müqaviləsi imzalansa, anti-terror əməliyyatından və ya müharibədən söhbət belə gedə bilməz. Bu gün onlar öz havadarlarının dəstəyi ilə nəyin bahasına olur olsun, o müqavilənin imzalanmamasına çalışırlar", - deyə deputat əlavə edib.
Aydın Nuri

Siyasi       Tarix: 08 dekabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu xəbər az son xeber xəbərlər.com