Ermənistan müxalifəti Paşinyan haqqında: Siz patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?

Ermənistan müxalifəti Paşinyan haqqında: Siz patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?Ermənistan müxalifəti Paşinyan haqqında: Siz patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?
Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan öz "Facebook" səhifəsində yazıb: "Baş aça bilmirəm, siz daha çox patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?"
AZƏRTAC xəbər verir ki, Aşotyan belə emosional, lakin həqiqətdən heç də uzaq olmayan yazını Ermənistanın baş naziri Nikol Paşinyanın administrasiyasının saxtakarlıqlarını ifşa etdiyinə görə yazıb.
O yazır: "Deməli, Nikol Paşinyanın "Facebook" səhifəsində Merkel ilə Paşinyan arasında dünənki görüşün erməni dilinə tərcümədə yayımlanan videoyazısına baxıram. Sonra Almaniya Kanslerinin rəsmi səhifəsinə daxil oluram və görüşün videoyazısını tərcüməsiz dinləyirəm və nə aydın olur? Angela Merkel öz çıxışında Ermənistanda məhkəmə-hüquq islahatları kontekstində Venesiya Komissiyasını xatırladır, halbuki erməni dilinə tərcümədə bu barədə BİR KƏLMƏ DƏ YOXDUR. Ermənistanın baş nazirinin rəsmi saytında yerləşdirilmiş press-relizdə də bu hissə YOXDUR. Videoya baxın və əmin olun: 00:45-00:50".
Ermənistanın "Antifeyk" nəşri yazır ki, bu, rəsmi çıxışların və bəyanatların Ermənistanın baş nazirinin aparatı tərəfindən təhrif olunduğu ilk hadisə deyil.
Yazıda deyilir: "Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi hələ 2019-cu ilin dekabrında xarici siyasət idarəsinin başçısı Zöhrab Mnatsakanyanın nitqinin erməni dilinə tərcüməsinə çox böyük əhəmiyyət kəsb edən, lakin nazirin ingilis dilində nitqinin ilkin mətnində olmayan cümlə və frazaları əlavə edib (bax:)".
Əslinə baxılırsa, bütün bunlardan sonra Ermənistanda saxtalaşdırmalara həvəsin haradan gəldiyinə təəccüblənməyə dəyməz! Əgər dünənin hadisələri belə insafsızcasına saxtalaşdırılırsa, onda daha "çar Tiqran dövrü" barədə nə demək olar? Demək olar ki, o dövrdə cəmi "iki millət" – "ermənilər"... və Azərbaycan Prezidentinin dili topuq çalan "tarixçi" Paşinyana lap yerində verdiyi ipucuya əsasən, "elə yenə də ermənilər" olub.
Heç nəyə təəccüblənmək lazım deyil. Hazırda acınacaqlı vəziyyətdə olan və bu kompleksdən əziyyət çəkən bir xalqın, əslində, heç bir gələcəyi yoxdur, keçmişi də yoxdur, yəni, bax, bu keçmişi uydurmaq lazımdır. Bax, onda köməyə baş nazirin aparatında çalışan əməkdaşların üslubunda məharətlə və açıq şəkildə "Made in Armenia" leyblı ilə saxlatalaşdırılmış özgə hökmdarlar, özgəsinin irsi, özgəsinin mədəniyyəti və özgəsinin tarixi gəlir. /oxu.az

Siyasi       Tarix: 18 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın


azerbaycan xeberleri yeni xeberler son xeberler krimnal xeber iqtisadiyyat xeberleri bugun idman xeberleri en sonxeber