Ermənistan nə etmək istəyir? - İndi də bu ölkə ilə hərbi təlimlərə başlayır - AÇIQLAMA

Ermənistan nə etmək istəyir? - İndi də bu ölkə ilə hərbi təlimlərə başlayır - AÇIQLAMAPolşa Ermənistanla birgə hərbi təlimlər keçirməyi planlaşdırır. Bunu Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamış Varşavada erməni həmkarı Suren Papikyanla danışıqların yekunları üzrə bildirib.
Onun sözlərinə görə, tərəflər həmçinin hərbi ali təhsil müəssisələri arasında əməkdaşlığı və iki ölkənin müdafiə sənayesi arasında təcrübə mübadiləsini müzakirə ediblər.
Hərbi-ekspert Ədalət Verdiyev azxeber.com-a açıqlamasında bildirib ki, sözügedən təlimlər Ermənistanla Rusiya arasındakı münasibətləri gərginləşdirmək məqsədi daşıyır:
Ermənistan nə etmək istəyir? - İndi də bu ölkə ilə hərbi təlimlərə başlayır - AÇIQLAMA"Son illərdə Rusiya ilə Ermənistan arasında münasibətlər kifayət qədər gərginləşib. Hazırda bir çox Avropa ölkələri, xüsusilə Fransa və Polşa, Rusiyanın Ermənistana təsirini azaltmaq üçün müxtəlif addımlar atırlar. Sözügedən təlimlər də məhz Ermənistanla Rusiya arasındakı münasibətləri daha da gərginləşdirmək məqsədi daşıyır.
Polşa ilə Rusiya arasında münasibətlərin nə qədər gərgin olduğu məlumdur. Belə bir şəraitdə Polşa hərbçilərinin Ermənistanla birlikdə Rusiya kontingentinin önündə təlim keçməsi mövcud münasibətləri daha da gərginləşdirə bilər".
Ekspert qeyd edib ki, Ermənistan tarix boyu daim qlobal güclərin təsiri altında olub:
"Ermənistan tarix boyu daim qlobal güclərin təsiri altında olub. Hazırkı vəziyyətdə isə Ermənistanın Rusiya limanından ayrılıb Avropaya doğru yelkənsiz gəmi kimi istiqamətləndiyinin şahidi oluruq. Bu cür addımlar Ermənistanı Rusiya ilə Qərb arasında geosiyasi maraqların toqquşduğu məkana çevirə bilər. Necə ki, Suriya qlobal güclərin geosiyasi maraqları səbəbindən döyüş poliqonuna çevrilib, Ermənistan da bu siyasəti davam etdirsə, gələcəkdə Ukrayna və Suriyanın taleyini yaşamaq riski ilə üzləşə bilər".
Şahanə Ziyad

Siyasi       Tarix: 08 may 2026
f Paylaş

Oxşar xəbərlər

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə xəbərlər.com dunyada son xeberler bugunun xeberleri