"Ermənistan öz mövcudluğunu itirəcək" - Rusiyalı politoloqlardan İLGİNC ŞƏRH

Rusiya Ermənistanın ərköyünlüyünə hələ də dözür və cığal müttəfiqinin oyun qaydalarını pozmasına göz yumur. Düzdür, bəzi məmurlar səviyyəsində rəsmi İrəvana etirazlar bildirilib. Hətta Vladimir Putin də bir neçə dəfə üstüörtülü şəkildə Ermənistanın xarici siyasətindən xoşlanmadığını ifadə edib. Rusiyanın Cənubi Qafqazdakı forpostu rolu oynayan Ermənistan isə Qərbin göstərişlərini yerinə yetirməkdə israrlıdır. Nəticədə Ermənistan Rusiyanın iştirakıyla keçirilən tədbirlərdən imtina etməyə qərar verib. Hər dəfə Rusiyanın patronajlığı ilə keçirilən iclaslara qatılmayan Ermənistan rəhbərliyi bundan sonra dərhal Fransada peyda olur. Rusiyadan birdəfəlik qopmaq istəyən Ermənistanın qarşısına qoyulan vəzifə KTMT və MDB-dən çıxmaqdır. Bunun üçün dəridən-qabıqdan çıxan Qərbin Paşinyana verdiyi müxtəlif təlimatlar əsas rol oynayır.
KONKRET.azxəbər verir ki, rusiyalı ictimai xadim və publisist Dmitri Verxoturovun fikrincə, Ermənistanın MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin iclasında iştirakdan imtinası qeyri-dost jestidir:
"Ermənistanın bu strukturlarda iştirakını məqsədyönlü şəkildə azaltdığı müşahidə olunur. Moskvadakı görüşdə Armen Qriqoryanın iştirak etməməsi bu planın həyata keçirilməsinin mərhələlərindən biridir. Göründüyü kimi, Ermənistan rəhbərliyi Qərbdə yeni müttəfiqlər tapmaq üçün Rusiya ilə münasibətləri pozmağı planlaşdırır. Bu siyasətin başında Ermənistan rəhbərlərinin Rusiyadan incikliyi dayanır. Mahiyyət etibarilə Ermənistan özünü elə aparırdı ki, sanki Rusiya Ermənistanı müttəfiq kimi qorumaqla kifayətlənməməli, həm də bütün istəklərini yerinə yetirməli idi. Ermənilər KTMT və MDB çərçivəsində Rusiya ilə əməkdaşlığı məhz belə təsəvvür edirdilər. Amma Moskvanın təbii ki, tamam başqa yanaşması və müttəfiqliyə fərqli baxışı var. Bu, ondan ibarətdir ki, əgər Ermənistan hərbi müttəfiq sayılırsa, o, ümumi müdafiədə iştirak edir, ümumi yükləri daşıyır. Düşünürəm ki, burada fərq tərəflərin müttəfiqlik münasibətlərinin nə olduğunu, nəyi öhdəsinə götürdüyünü və nəyi nəzərdə tutduqlarını başa düşmələrindədir. İstənilən halda, kəskin fikir mübadilələri çox olacaq. Digər tərəfdən, mən başa düşə bilmirəm ki, ermənilər niyə Qərbi qucaqlamağa bu qədər can atır. Fakt budur ki, indi Ukrayna və İsrail-Fələstin münaqişəsi ilə məşğul olan Qərb ermənilərə çox az kömək edə bilər. Ermənistan isə bunu unudur. İkincisi, Türkiyə NATO strukturunda çox mühüm elementdir. Ona görə də Ermənistan Qərb cinahına keçərsə, o, əslində heç Fransanın, Almaniyanın, Kanadanın və ya hansısa başqa ölkənin deyil, Ankaranın qulluğunda dayanacaq. Qəribədir ki, ermənilər belə bir ssenarini qabaqcadan görmürlər".
Rusiyalı hərbi ekspert Aleksey Xlopotov isə hesab edir ki, Ermənistan özünü incimiş uşaq kimi aparır:
"Güman etmirəm ki, münasibətlərdə qırılma olsun. Buna Ermənistan büdcəsinin Rusiya iqtisadiyyatından asılı olması faktı imkan vermir. Diplomatik münasibətlərin dayandırılması da cəfəngiyatdır. Məsələyə daha dərindən baxsaq, Ermənistan suverenliyini itirə bilər. Ərazisinin yarısı Azərbaycanın nəzarətinə keçəcək, qalan hissəsi isə Fransanın nəzarəti altında Avropanın çirkli pullarının yuyulması üçün istifadə olunacaq".
Beynəlxalq Avrasiya Hərəkatının analitik şöbəsinin rəhbəri, politoloq Vladimir Kireyev isə bildirib ki, Ermənistan rəhbərliyi tədricən belə qənaətə gəlir ki, Rusiya ilə münasibətləri kəsmək lazımdır:
"Ermənistan-Rusiya münasibətləri son illərdə durmadan pisləşir. Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistan ABŞ, Avropa İttifaqı, NATO ilə münasibətlər qurmaq kursunu müəyyənləşdirdi. Eyni zamanda, Ermənistanın baş naziri Qarabağın itirilməsinə görə məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır. Bununla o, Ermənistan cəmiyyətini Moskva ilə iqtisadi, siyasi və hərbi sahədə əməkdaşlığın istənilən nəticəni vermədiyinə inandırdı. Onlar deyirlər ki, Ermənistanın çiçəklənməsi yalnız Avropa ilə sıx əməkdaşlıqdan keçir. Ona görə də hesab edirəm ki, yaxın vaxtlarda İrəvanın KTMT-dən çıxması barədə bəyanat səslənəcək. Ardınca Rusiya hərbi bazasının yerləşdirilməsi ilə bağlı razılaşmanın pozulması gəlir. Bununla da Ermənistanın öz mövcudluğunu itirmək mərhələsi başlayacaq".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 10 noyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber az xəbər.az ən son xəbərlər cəbhədən ən son xəbərlər