"Ermənistan qarşıdurmada qərarlıdır" - Fransa Cənubi Qafqazda yeni müharibə yaratmağa çalışır - Andrey Petrov

Fransa Senatı son iki ildə ikinci qalmaqallı anti-Azərbaycan qətnaməsini qəbul edib. Belə ki, 2020-ci il noyabrın 25-də, yəni İkinci Qarabağ müharibəsi başa çatdıqdan cəmi iki həftə sonra Fransa parlamentinin yuxarı palatası İrəvanın separatçı layihəsinin müstəqilliyini tanımaq üçün hökumətə müraciət ünvanlayıb. Üzərindən iki il keçdikdən sonra, yəni 2022-ci il noyabrın 15-də Azərbaycanın karbohidrogen ixracına qarşı sanksiya əlavə olunmaqla, "separatçıların" müstəqilliyinin tanınması üçün yenidən Fransa hökumətinə  müraciət edilib. Beləliklə 332 senatordan 295-i "Biz Fransa hökumətini avropalı müttəfiqləri ilə birlikdə Azərbaycanın yeni hücumlarına cavab olaraq ən adekvat addımları nəzərdən keçirməyə, o cümlədən Azərbaycan qazının idxalına qadağa qoymağa səsləyirik" – çağırışında bulunub. Bu qətnamənin əleyhinə bir nəfər səs verib, digərləri isə bitərəf qalıb.
Sözügedən qərəzli qətnamə ilə bağlı KONKRET.az–a açıqlama verən rusiyalı politoloq Andrey Petrov bildirib ki, 2020-ci il qətnaməsi kimi, dünən qəbul edilən sənədin də heç bir hüquqi qüvvəsi yoxdur: "Fransa Senatının hökuməti nəyəsə məcbur etmək səlahiyyəti yoxdur. O, yalnız heç bir hüquqi qüvvəsi olmayan tövsiyə və müraciətlər formalaşdıra bilər. İki il əvvəl Fransa Xarici İşlər Nazirliyi birinci qətnaməni dərhal rədd etdi. O zaman Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lemuan izah etdi ki, Parisin nöqteyi-nəzərindən Azərbaycan əleyhinə addımların heç kimə faydası olmayacaq. Bu, Fransa hökumətinin və bizim tərəfdaşlarımızın siyasəti deyil", – deyə Lemuan bildirmişdi. Nəticədə ilk qalmaqallı qətnamə real effekt vermədi, Paris Qarabağdakı erməni separatçılarının müstəqilliyini tanımadı, siyasi baxımdan Senatın müraciəti Emanuel Makronun sistemli ermənipərəst addımı kimi qəbul edildi. Lakin buna baxmayaraq, Vətən Müharibəsi dövründə İrəvanı dəstəkləyən Fransa müharibədən sonra da Nikol Paşinyan rejimi ilə əlaqələri gücləndirməyə və öz siyasətçilərini qanunsuz olaraq Qarabağa keçirməyə başladı. Ən böyük erməni diasporlarından biri Fransada yerləşir və onunla flört etmək həm əlavə maliyyə, həm də əlavə səslər qazandırır".
Rusiyalı politoloq hesab edir ki, ikinci qətnamə ilə bağlı vəziyyət fərqlidir. İlk növbədə ona görə ki, hazırkı qətnamə yeni şərtlərlə qəbul edilib: "Müharibə iki ildən çoxdur ki, başa çatıb. Təxminən bir il bundan əvvəl Ermənistan və Azərbaycan arasında nizamlanma prosesi fəal fazaya daxil olub. Son aylarda isə bütün əsas Qərb oyunçuları prosesə qoşulmaq üçün canfəşanlıq edirlər. Brüssel artıq danışıqların beş raundunu keçirib. Eyni zamanda İlham Əliyev və Nikol Paşinyanın yüksək səviyyəli nümayəndələri arasında Vaşinqtonda bir sıra görüşlər baş tutub. Həmçinin Rusiya-Azərbaycan-Ermənistan üçbucağı əsas nizamlanma formatı olaraq qalır və müharibədən sonrakı proseslər üçün 9-10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat imzalanıb.
Rusiya kimi Brüssel və Vaşinqton da tərəflər arasında balansı saxlamağa çalışır. Çünki məqsədlərindən asılı olmayaraq, onların Cənubi Qafqaza qayıdışa ehtiyacları var. Avropanın Azərbaycana marağı iqtisadiyyatla bağlıdır. Azərbaycan enerji problemlərinin həllində avropalılara kömək etmək iqtidarındadır. Ermənistana maraq isə siyasətlə bağlıdır. Çünki Nikol Paşinyan rejimi Rusiyanın təsirini zəiflətmək və Avro-Atlantikaya keçmək üçün imkanlar axtarır. Lakin Fransa özünü başqa cür aparır. Vaxtilə 2020-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin həllində üç əsas vasitəçidən biri olan Paris birtərəfli siyasəti ilə özünü regional proseslərdə faktiki yerdən məhrum edib. Zaman-zaman Fransanın ən yüksək səviyyəli siyasətçiləri, o cümlədən Emanuel Makron Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına sadiq olduqlarını bəyan etsələr də, bunun əksi müşahidə olunub. Belə ki, Paris dərhal Azərbaycan əleyhinə bəyanatlar verməsi ilə yadda qalıb. Demək olar ki, Cənubi Qafqaza münasibətdə Fransa indi dəstəklədiyi Ermənistanın davranışını kopyalayır. Mövqeyinin konstruktivliyi ilə bağlı formal sözlər və daha sonra Azərbaycana qarşı bütün mümkün ittihamlar səsləndirir", – deyə Andrey Petrov vurğulayıb .
Rusiyalı politoloqun sözlərinə görə, Fransanın bu cür davranışı siyasi ikiüzlülüyün etalonudur: "Emanuel Makron oktyabrın 7-də Praqada İlham Əliyevlə görüşür, ona gülümsəyir, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əldə olunması yollarından danışır, bir həftə sonra isə Fransa televiziyasında qaşlarını qaldıraraq Bakını guya İrəvana qarşı törətdiyi cinayətlərdə ittiham edir. Həmçinin Fransanın Ermənistanı heç vaxt tərk etməyəcəyini vurğulayır. Eynilə dörd gün əvvəl Makron Azərbaycan prezidentinə zəng edərək Ermənistan-Azərbaycan münaqişəsinin həllini dəstəklədiyini deyir. Lakin dünən Fransa Senatı Bakıya qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.
Paris bu qədər açıq-aşkar ikiüzlü davranmaqla, sadəcə olaraq özünü uzaqlaşdırır. Çünki Azərbaycan Fransanın ikili standartlara əsaslanan qərəzli siyasətini qəbul etmir. İkinci qətnamə Fransa Senatının bütün sənədləri kimi etibarlı deyil. Və Fransa hökuməti çətin ki, Azərbaycana qarşı sanksiya tətbiqi məsələsi ilə məşğul olsun. İlk növbədə bu, faydasızdır.
Birincisi, Avropa Komissiyası səviyyəsində Aİ Azərbaycan qazının idxalını genişləndirməkdə maraqlı olduğunu bəyan edib.
İkincisi, Azərbaycandan enerji resurslarını alan ölkələr sanksiyaların əleyhinə səs verəcəklər və belə bir layihəyə görə onların Parislə münasibəti pisləşəcək.
Üçüncüsü, Avropa Şurası Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasındakı vasitəçiliyindən ayrılmaq istəməyəcək. Amma əgər Avropa strukturları Bakıya qarşı çıxmağa cəhd göstərsələr, o zaman sözügedən vasitəçiliyin sonu mütləq gələcək. Lakin fransalı senatorların müraciətlərinin mənasızlığı bu sənədin siyasi effektini inkar etmir. Paris yalnız Cənubi Qafqazda qarşıdurmanı qızışdırmaqla, İrəvanı dəstəkləməklə və Bakıya hücumla məşğuldur. Fransa Xarici İşlər Nazirliyi qətnamənin heç bir məna daşımadığını sözlərlə izah edə bilər. Amma Fransa hakimiyyətinin ikiüzlülüyü o qədər açıqdır ki, Azərbaycan rəsmi Parisin niyə yalan danışmalı olduğunubaşa düşmür. Bu hadisədən bir sıra nəticələr hasil olur.
Belə ki, Paris öz kartlarını göstərdi. İndi nə Bakının buna vaxt itirməsinə ehtiyac var, nə də Moskva Makronun Rusiyanın nizamlama səylərinə hansısa şəkildə müdaxilə edəcəyindən narahat olmayacaq. Fransa artıq Azərbaycanla Ermənistan arasında vasitəçilikdə Rusiyaya rəqib deyil, diplomatik mövqelərini sözün əsl mənasında təslim edib. Fransa təhlükəsi indi yalnız erməni geosiyasi cəbhəsinə yönəlib. Paris İrəvan uğrunda Moskva ilə açıq mübarizə apardığını bəyan edir. Amma digər tərəfdən Parisin İrəvan uğrunda mübarizəsi Nikol Paşinyan rejiminin revanşist planlarına daha çox dəstək deməkdir".
Petrov əlavə edib ki, Fransa həm Ermənistan ordusunun yenidən silahlanması proqramlarına maliyyə vəsaitini genişləndirə, həm silah tədarükünü artıra, həm də NATO standartlarına uyğun təlim keçmək öz təlimatçılarını göndərə bilər: "Hətta İrəvana göndərilən fransız muzdlularını da bu siyahıya əlavə etmək mümkündür. Parisin Cənubi Qafqazda balans siyasətindən qəti şəkildə imtina etməsi regionda avtomatik balansın pozulması deməkdir. Çünki ən böyük oyunçulardan biri özünə tərəf seçib və Ermənistanı gücləndirmək üzərində işləməyə başlayıb. Təəssüf ki, bu, ən pis seçimdir. Ona görə ki, Ermənistan Azərbaycanla qarşıdurmanı davam etdirməkdə qərarlıdır. Bu o deməkdir ki, Fransa Cənubi Qafqazda yeni müharibə yaratmağa çalışacaq. Beləliklə, ikinci qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur. Lakin onun yalnız mənfi və çox ciddi nəticələri olacaq" – rusiyalı politoloq fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 16 noyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbərlər qarabag krminal bu gun xeberler az