Ermənistan Rusiyanı bioloji laboratoriyalara buraxmır - Gennadi Onişenkonun ŞƏRHİ

Ermənistan Rusiyanı bioloji laboratoriyalara buraxmır - Gennadi Onişenkonun ŞƏRHİErmənistan Rusiyanı bioloji laboratoriyalara buraxmır - Gennadi Onişenkonun ŞƏRHİ
Ermənistan Xarici İşlər Nazirliyi ölkədə ABŞ-a məxsus olduğu deyilən bioloji laboratoriyalara dair Ermənistan-Rusiya memorandumunun layihəsinə münasibət bildirib. Yerevanın "Tert" nəşrinin yazdığına görə, XİN-in sözçüsü Anna Naqdalyan ölkədə fəaliyyət göstərən bioloji laboratoriyaların Ermənistana məxsus olduğunu və dövlət orqanlarının ora tam nəzarət etdiyini vurğulayıb. Ancaq rusiyalı mütəxəssislərin ora buraxılması hüququna gəlincə, bu barədə söhbət getmir. Bundan əlavə, memorandum layihəsinin özü hazırda Ermənistanda daxili təsdiqləmə prosesindədir. Anna Naqdalyanın sözlərinə görə, gecikmənin təqsirkarı COVID-19 epidemiyası səbəbindən elan edilmiş fövqəladə vəziyyətdir.
Bu arada Ermənistanın bioloji laboratoriyalarla bağlı memorandumun imzalanmasını uzun müddətdir təxirə saldığı məlumdur. 2019-cu ilin noyabrında - dünya koronavirus haqqında hələ heç bir şey bilmədiyi bir vaxtda Rusiyadan diplomatik mənbə RBK-ya bildirmişdi ki, iki ölkə rusiyalı mütəxəssislərin Ermənistanda yerləşən, ABŞ-ın maliyyələşdirdiyi laboratoriyalara daxil olmasına dair memorandumun imzalanmasını təxirə salıb. Mənbənin sözlərinə görə, erməni tərəfi bunu "sənədin hələ hazır olmadığı" ilə izah edib.
Eyni zamanda, "Kommersant" qəzeti artıq 2019-cu ilin oktyabr ayında sənəd üzərində işlərin tamamlandığını qeyd edib. Üstəlik, daha əvvəl - 2018-ci ilin sentyabrında (!) Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı mütəxəssislərin bioloji laboratoriyaya buraxıldığını demişdi. O həmçinin qeyd edib ki, rusiyalı nümayəndələrin oraya girişdə heç vaxt problemi olmayıb və olmayacaq.
RBK-nın məlumatında ABŞ vəsaiti ilə modernləşdirilən laboratoriyalarda virus və ştammların öyrənildiyi vurğulanıb. Rusiya postsovet məkanında qapalı tədqiqat mərkəzlərinin təyinatı ilə bağlı şübhələrini dəfələrlə dilə gətirib. Onların modernləşdirilməsi və avadanlıqları üçün Pentaqon pul ayırır. Məsələn, Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin modernləşdirilməsi üçün ABŞ Müdafiə Nazirliyi 10 milyon dollar ayırıb.
Ermənistan Rusiyanı bioloji laboratoriyalara buraxmır - Gennadi Onişenkonun ŞƏRHİ"Ritm Yevrazii" nəşrinin yazdığına görə, hazırda Ermənistanda bütöv bir şəbəkə - Bioloji Təhlükələrin Azaldılması Proqramı (BTRP) çərçivəsində Amerika hərbi idarəsinin vəsaiti ilə yaradılmış və ya modernləşdirilmiş, öz növbəsində ABŞ Bioloji Birgə İştirak Proqramının (CBEP) tərkib hissəsi olan 12 bioloji laboratoriya fəaliyyət göstərir.
Bunlardan üçü Yerevanda - Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzində, Qida Təhlükəsizliyi Dövlət Xidmətində və "Nork" İnfeksion Xəstəliklər Klinik Xəstəxanasında yerləşir.
İcevan, Gümrü, Sisian, Artaşat, Vanadzor və digər yaşayış məntəqələrində vəba əleyhinə stansiyaların bazasında regional laboratoriyalar fəaliyyət göstərir.
Digər ölkələrdə olduğu kimi, onlar yalnız nominal olaraq Ermənistana aiddir, əslində isə ABŞ-ın hərbi attaşesi, mayor Erik Larsen tərəfindən nəzarət edilən ABŞ-ın Təhdidlərin Azaldılması Agentliyi tərəfindən idarə olunur. Həmin obyektlərin ABŞ-a mənsubiyyəti podratçıların siyahısı ilə təsdiqlənir. Bu, əsasən Ermənistanda laboratoriyaların və məlumat şəbəkəsinin yaradılması üçün 50 milyon dollar alan "CH2M Hill"dir.
Sözügedən şirkət öz növbəsində "BlackVeatch"ın vasitəçiliyi ilə uzun illər bioloji silahların hazırlanması ilə məşğul olan daha iki subpodratçı cəlb edib.
Erməni ekspertlər dəfələrlə qeyd ediblər ki, Ermənistanın milli bioloji təhlükəsizlik sistemi ABŞ-ın bölgədəki bioloji kəşfiyyat sisteminin elementinə çevrilib. Bu barədə, məsələn, "Vahid Sağlamlıq" ictimai hərəkatlar koalisiyasının lideri, bioloji təhlükəsizlik sahəsində beynəlxalq ekspert Qriqor Qriqoryan bəyan edib.
2012-ci ildə "BlackVeatch" şirkəti Ermənistan Səhiyyə Nazirliyinin üç laboratoriyasında bir neçə saat ərzində "sibir xorası"nın yayılmasını təsdiqləyən infeksion xəstəliklərin diaqnostikası üçün avadanlıq quraşdırdı. Tezliklə bu xəstəlik Geğarkunik ərazisində yayıldı. Ermənistanda ABŞ-ın bioloji laboratoriyaları göründükdən sonra tropik qızdırma, denge qızdırması, çikunqunya qızdırması və yeni doğulmuş uşaqlarda genetik dəyişikliklərə səbəb olan zika virusunun daşıyıcısı olan Asiya pələng ağcaqanadları da "meydana çıxdı".
Buna çox misallar gətirmək olar. Ancaq indi əsas məsələ rusiyalı müttəfiqlərini "öz" laboratoriyalarının ərazisinə buraxmayan Ermənistanın reaksiyasıdır.
RF Dövlət Dumasının Təhsil və Elm Komitəsi sədrinin birinci müavini, Rusiyanın keçmiş baş sanitar həkimi Gennadi Onişenko Media.Az-a verdiyi şərhdə bu məsələnin onu təəccübləndirmədiyini deyib:
- Daha nə gözləmək olardı ki? Bunlar (bioloji laboratoriya - red.) xarici dövlətin hərbi bazalarıdır. Hətta Almaniyada belə kimsə ABŞ qoşunlarının yerləşdiyi əraziyə girmək istəsə, bu cəhdi uğursuzluqla başa çatacaq. Sizi ora buraxmayacaqlar. Ermənistanda da belədir.
Bu, Ermənistan Respublikası ərazisində yerləşən xarici dövlətin (ABŞ - red.) ordusu, bazasıdır. Nikol Paşinyanın rusiyalı müşahidəçilərin buraxılmasının mümkünlüyü barədə niyə danışdığı çox da aydın deyil. Bunlar rejimli obyektlərdir, təhlükəli viruslar var. Buna görə (Ermənistan XİN-in bəyanatından - red.) təəccüblənmirəm.

Siyasi       Tarix: 04 may 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xabar xeber.az 2026 en son xeberleri son xabarlar