"Ermənistan Rusiyanı məhkəməyə vermək niyyətində deyil"
"Ermənistan ölkəyə tədarük olunmayan silahlara görə Rusiyanı məhkəməyə vermək niyyətində deyil".
KONKRET.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Qraçya Sarkisyan ölkə parlamentində jurnalistlərə açıqlamasında deyib.
Jurnalistlərin Rusiya tərəfindən Ermənistanın artıq ödənişini etdiyi silahların göndərilməməsi ilə bağlı ölkənin beynəlxalq məhkəmələrə müraciət edib-etməyəcəyinə dair sualına cavab verən Sakisyan deyib: "Düşünürəm ki, məsələ ora qədər gedib çıxmayacaq və tərəfdaşlıq münasibətləri çərçivəsində həll ediləcək".
Qeyd edək ki, Ermənistan rəhbərliyinin bir müddət əvvəl yaydığı məlumata görə, Rusiya müqavilə əsasında ölkəyə göndərməli olduğu silah və hərbi texnikanı tədarük etməyib. Ermənistan müqavilə çərçivəsində artıq sözügedən silahların ödənişini etdiyini bildirib. Rəsmi olaraq dəqiq məbləğ açıqlanmasa da, bəzi mənbələrə görə, burada söhbət 250 milyon dollar, digər mənbələrə görə isə təqribən 400 milyon dollardan gedir.Qafqazinfo
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Neft həftəni bu qiymətlə başladı
Hakan Çalhanoğlunun gələcəyi bəlli olur
"Biz onda "Qarabağ"ı belə qəbul etməmişdik" - Tahir Gözəl
"Turan Tovuz" – "Fənərbağça" oyununun vaxtı açıqlandı
Salyanda kişini maşın vurdu - Yerindəcə öldü
Türkiyədə silahlı atışma: ölənlər var
Bakıda restoranda meyit tapıldı
Şuşanın işğalı ilə bağlı maraqlı iddia: Türkiyə nə edib? – FOTO
Bakının bu ərazisində 52 qəzalı bina söküləcək
Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
Formula-1'lə bağlı mühüm dəyişikliklər
Tacir Şahmalıoğlu əməliyyat olundu
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə
Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir
"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər