Ermənistan seçimini etməlidir: Onlar yenə müharibə istəyirsə, cavablarını alacaqlar

Ermənistan seçimini etməlidir: Onlar yenə müharibə istəyirsə, cavablarını alacaqlarMayın əvvəlindən Ermənistan müxalifəti İrəvanın mərkəzində etiraz aksiyalarına başlayıb. 
Etirazçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. 
Artıq bir müddətdir ki, Ermənistanda sular durulmur. Görünür, onlar 44 günlük müharibədən dərs çıxarmaq istəmirlər. Ölkədə revanşistlərin hakimiyyətə gəlmək istəməsi isə onları daha da uçuruma aparır. 
Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə xəbərdalıq edib ki, əgər Ermənistanda revanşistlər hakimiyyətə gələrsə, 3-cü Qarabağ müharibəsi qaçılmaz olacaq. 
Bəs Ermənistandakı aksiyalar Paşinyanın gedişi, revanşistlərin hakimiyyətə gəlməsi ilə nəticələnə bilərmi? Belə olan halda Cənubi Qafqazda nə baş verə bilər? 
Ermənistan seçimini etməlidir: Onlar yenə müharibə istəyirsə, cavablarını alacaqlarMəsələ ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov azxeber.com-a fikirlərini bildirib. 
O, deyib ki, Ermənistanda bütün sahələrdə vəziyyət günü-gündən daha da pisləşir:
"Mənim arzu etdiyim odur ki, Ermənistanda bütün sahələrdə vəziyyət günü-gündən daha da pisləşsin və onlar elə bir-birilərinə qarşı çıxa-çıxa bir dövlət olaraq mövcudluğunu itirsinlər. Orada vətəndaş müharibəsi başlasın, vətəndaş itaətsizliyi başlasın, qarşıdurmalar güclənsin. Bir-birinin qanını töksünlər, başları özlərinə qarışsın, dünya da görsün ki, bunlar kimdirlər və tarixən hansı əqidəyə qulluq edirlər". 
Elman Məmmədovun sözlərinə görə, Ermənistandakı aksiyalara Şimaldan göstəriş verilib:
"Amma indi gəlin baxaq ki, o qüvvələr kimdir? Bu gün özləri meydana çıxan qüvvələr və onların ətrafında olanlar kimdir? O etirazçılara əsas rəhbərlik edənlər kimdir? Uzun illər SSRİ vaxtında SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin və bu gün də Rusiyanın Xüsusi Xidmət Orqanlarının, kəşfiyyat idarəsinin və başqalarının agentura şəbəkəsidir. Hərbi canilər, cinayətkarlar, terrorçular, Robert Köçəryan, Serj Sarkisyan və onlar kimi ətrafında olanlar. Komanda haradan verilib? Şimaldan verilib. Məqsəd də Ermənistanın bugünkü rəhbərliyin müəyyən qədər Qərbə meyillənməsini görüb onları hakimiyyətdən kənarlaşdırmaq və yalnız Moskvanın göstərişləri ilə oturub-duranı hakimiyyətə gətirməkdir". 
Deputat həmçinin qeyd edib ki, Paşinyan tərəfdarları az deyil, ermənilər bir az ağıllı düşünsələr, o zaman yaşayacaqlar:
"Ancaq mən hesab etmirəm ki, Paşinyan da belə asanlıqla təslim ola. Təbii ki, Paşinyan tərəfdarları da az deyil. Ermənistanın düzgün nəticəyə gəlmiş və bir daha müharibə istəməyən, düşmənçilik yolundan əl çəkməyən cəmiyyətin müəyyən hissələri var. Onlar da Paşinyan ətrafında birləşiblər. Hesab edirəm ki, bunların da müəyyən dayaqları, müəyyən mövqeləri, nüfuzları var. İndi baxaq görək, sonda nə ilə nəticələnəcək. Rusiya üstünlük təşkil edəcək, yoxsa Qərb? Əgər ermənilər bir az ağıllı fikirləşib Rusiya-Ukrayna arasındakı müharibəyə və bu müharibə nəticəsində dünyanın Rusiyaya qarşı olan mövqeyinə baxıb düzgün nəticə çıxarsalar, yaşayacaqlar, inkişaf edəcəklər. Əks təqdirdə, cənab Prezident də yaxın günlərdə onu bəyan etdi ki, Ermənistan adlı dövlətin mövcudluğu sual altında qala bilər". 
Ermənistan seçimini etməlidir: Onlar yenə müharibə istəyirsə, cavablarını alacaqlarMövzu ilə bağlı politoloq Tural İsmayılov da azxeber.com-a fikirlərini bildirib. 
Onun sözlərinə görə, Rusiya hazırda Nikol Paşinyan hakimiyyətinin atdığı addımlardan razı deyil:
"Hazırda Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırmaq və eyni zamanda Azərbaycanın sülh çağırışlarına pozitiv cavab vermək düşünürəm ki, xarici gücləri narahat edir. Tarix boyu Ermənistanla ortaq hərəkət edən və Ermənistandan oyuncaq kimi istifadə edərək Azərbaycan və Türkiyə əleyhinə siyasi fəaliyyəti təhrik edən, eyni zamanda regionda erməni faktorunun daim qalmağına və erməni milliyətçiliyinin siyasi alətə çevrilməyinə dəstək olan Rusiya hazırda Nikol Paşinyan hakimiyyətinin atdığı addımlardan razı deyil. Baxmayaraq ki, Ermənistan müstəqil qərarlar verə bilməyən dövlətdir. Sonuncu dəfə Paşinyanın Moskvada Putinlə görüşündə direktivləri ona çatdırılıb. Amma Rusiya istənilən halda hazırki Ermənistan hakimiyyətinə güvənmir. Elə ona görə də növbədənkənar parlament seçkiləri təbliğatı dövründə də Rusiya elitası və rus mediası Köçəryan-Sarkisyan cütlüyünə daim dəstək verirdi. 
Bu gün də görünür ki, Ermənistandakı siyasi aksiyalara daha çox Rusiyanın xəbər agentlikləri – "Tass", "Ria", "Sputnik" və digər media qurumları tirajlandırıb. Ermənistan müxalifətinə Rusiya mediasından böyük dəstək göstərilir. 
Bütün bunlar onu deməyə əsas verir ki, hazırda Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmaq prespektivləri ortaya çıxan anda Rusiya bu faktordan öz narazılığını açıq formada ortaya qoyur". 
Politoloq qeyd edib ki, Ermənistandakı hazırki vəziyyət Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnməyəcək:
"Bütövlükdə, hazırki vəziyyət istənilən halda Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnməyəcək. Çünki erməni xalqı ona alternativ olan siyasi qüvvələrin – Köçəryanın, Sarkisyanın bir ayağının Rusiyaya bağlı olduğunu yaxşı başa düşürlər. Anlayırlar ki, Paşinyan ölkəni dalan vəziyyətinə gətirmiş olsa da, ona alternativ olduğunu söyləyən siyasi qüvvələr hakimiyyətdə olduğu dövrdə Ermənistan daha faciəli situasiya ilə qarşılaşıb. Bu baxımdan mən düşünmürəm ki, revanşistlər Ermənistandan hakimiyyətə gəlsin".
Politoloqun sözlərinə görə, Ermənistanda kimin olmağından asılı olmayaraq növbəti savaş Azərbaycanın dağıdıcı qələbəsi ilə yekunlaşacaq:
"Amma əlbəttə ki, onların hakimiyyətə gəlməsi erməni milliyətçiliyinin rəsmi ideoloji təbliğatının daha üst sıralarda davam etməsi ilə nəticələnə bilər. Düşünürəm ki, revanşistlər hakimiyyətə gəldikdən sonra xarici qüvvələrin təhriki ilə, həm Rusiyanın, həm də Qərbdən müəyyən dairələrin köməyi ilə yenidən Cənubi Qafqazda stabillik əleyhinə addımlar ata bilər. Bu da növbəti savaşın baş verməsinə səbəb ola bilər. Ermənistanda kimin olmağından asılı olmayaraq növbəti savaş Azərbaycanın dağıdıcı qələbəsi ilə yekunlaşacaq və Ermənistan dövlətçiliyi ölümcül bir mənzərə ilə qarşı-qarşıya qalacaq".
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.
Ermənistan seçimini etməlidir: Onlar yenə müharibə istəyirsə, cavablarını alacaqlar

Siyasi       Tarix: 07 may 2022
f Paylaş

Oxşar xəbərlər

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən şad xəbər ensonxeberler cəbhədən son vəziyyət şou biznes xəbərləri