Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır
Ermənistan hökuməti Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxil olan və ötən əsrin 90-cı illərinin əvvəllərində işğal olunmuş Kərki eksklavını Azərbaycana qaytarmağa hazırlaşır.
azxeber.com "Oxu.Az"a istinadən xəbər verir ki, Erməni mənbələrinin məlumatına görə, bu kənd Qarabağdan köçən ermənilərin məskunlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısına daxil edilməyib.
Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan bildirib ki, Qarabağdan ermənilərin köçürülməsi üçün Azərbaycanla həmsərhəd kəndlər də daxil olmaqla 390 yaşayış məntəqəsi müəyyən edilib. Orada məskunlaşmaq istəyənlərə hər ailə üzvü üçün 10-12 min dollar məbləğində mənzil sertifikatı veriləcək. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Qayane Karaqezyan ermənilərin özlərinin "Tiqranaşen" adlandırdıqları Kərkinin siyahıdan çıxarılmasını şərh edərkən bəyan edib ki, "ola bilsin, Qarabağ ermənilərinin bu qəsəbəyə köçürülməsi prioritet məsələ deyil".
Kurslar.az kurslar [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib