"Ermənistan təcili Azərbaycanla birbaşa DANIŞIQLARA BAŞLAMALIDIR" - Xaçatryan
"Rusiya səfiri Laçına getsin, görsün ölkəsi necə biabır olur".
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin növbədənkənar iclasında hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Vigen Xaçatryan deyib.
O bildirib ki, Rusiya Ermənistanı Azərbaycanla müharibəyə çəkmək istəyir.
Onun sözlərinə görə, buna heç bir şübhə yoxdur.
"Mən əminəm ki, Rusiya bizi Azərbaycanla müharibəyə sürükləmək istəyir. Onlar səbirsizliklə qarabağlıların təslim olmasını və məsələn, qumbara atmasını gözləyirlər… Məncə, Rusiya Qarabağdan əl çəkib Azərbaycanın əvəzində Ermənistanı almağa çalışır. Biz, nəhayət, bunu başa düşməli və Azərbaycan və tərəfdaşlarımızla birbaşa danışıqlara başlamalıyıq. Rusiya bizi müharibəyə sürükləmək istəyir", – Xaçatryan bildirib.
O, həmçinin hesab edir ki, indiki vəziyyət, əslində, Ermənistanın Qarabağ məsələsində Rusiyanın mövqeyini bölüşməsinin cəzasıdır.
"Dişlərinə qədər silahlanmış rus sülhməramlıları bir neçə nəfərin çadır qurmasına tamaşa edirdilər. Heç olmasa hansısa sülhməramlı gəlib dedi ki, "koridoru bağlamayın?"", – Xaçatryan deyib.
Bundan sonra Xaçatryan kömək üçün Qərbə üz tutmağı təklif edib.
"Əgər ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycanı bu hərəkətlərinə son qoymağa çağırırsa, o zaman Rusiyanın Azərbaycandakı səfirliyinin susqun münasibəti mənim üçün anlaşılmaz olur. Rusiyanın Ermənistandakı səfirinin davranışını da başa düşə bilmirəm. Qalxıb getsin Laçına. Şərəfsizliyə məruz qalan onların ölkəsidir… Biz əcnəbi həmkarlarımızdan bizə kömək istəməli və tələb etməliyik ki, Rusiya ya öhdəliklərini yerinə yetirsin, ya da onlardan əl çəksin. Bu da olacaq", – deyə o, fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı