Ermənistana hücum silahları daşınır: Sərhəddə görünməmiş aktivlik

Ermənistana hücum silahları daşınır: Sərhəddə görünməmiş aktivlikHindistanın ilk "Akash-1S" zenit-raket kompleksləri (ZRK) bu ilin sonuna qədər Ermənistana çatdırılacağı ilə bağlı məlumat verilib. Bundan əvvəl də ABŞ-ın Ermənistan xüsusi təyinatlıları üçün hərbi təyyarə ilə sursat daşındığı, eləcə də Fransadan müəyyən silahların daşındığı da məlumdur. Bir tərəfdən bu hazırlıqların Rusiyaya, digər tərəfdən isə Azərbaycana qarşı olduğu deyilir.
Bu hazırlıqlar nəyə hesablanıb?
KONKRET.az xəbər verir ki,mövzu ilə bağlı danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, antiterror əməliyyatından sonra Ermənistan ciddi şəkildə silahlandırılmağa başlayıb:
"Bu silahlandırma Hindistan, Fransa, ABŞ və Yunanıstan tərəfindən həyata keçirilir. "Akash-1S" zenit-raket kompleksi Hindistanın yerli şirkətləri tərəfindən istehsal olunur. Onun daha uzaq mənzilli olması, təkmiləşdirilməsi üçün ABŞ 70 milyondan artıq pul ayırmışdı. Nəticədə bu raket kompleksi yaradıldı. "Akash-1S" 60-70 km məsafədən hədəfləri vura bilir. Buna əlavə, radiolokasiya stansiyaları və digər avadanlıqlar da quraşdırılıb. Ermənistan hava hücumundan müdafiə sistemini gücləndirmək, boşluq olan hava məkanını təkminləşdirməyə çalışır. Fransanın son nəsil radiolokasiya stansiyaları da rəsmi İrəvana daşınıb. Bütün bu tədbirlərin Rusiyaya qarşı olduğunu düşünmürəm".
Ekspertin sözlərinə görə, Ermənistan Azərbaycana qarşı güclü silahlandırılır:
"Ermənistan müstəqil dövlət kimi öz hava məkanlarında müdafiə qabiliyyətini artırmaq hüququnun olduğunu deyə bilər, lakin burada müdafiə qabiliyyətini gücləndirməklə yanaşı hücum silahları da alınır. Yəni rəsmi İrəvanın bu addımı gələcəkdə bəzi problemlər yaradacaq. Azərbaycanın əlində Ermənistana verilən silahların qarşısını almaq üçün xüsusi rıçaqlar yoxdur. İrəvan siyasi və hərbi baxımdan ABŞ və Fransaya yönəlib. Hesab edirəm ki, bütün bu addımlar regionda gərginliyin artmasına hesablanıb".
Səxavət Məmməd İran və Rusiyanın Ermənistanın belə sürətlə silahlandırılmasını niyə susqunluqla qarşıladığına da aydınlıq gətirib:
"Rusiya və İran bu silahlanmanın Azərbaycana qarşı olduğunu bilir. Rəsmi Bakının da prosesdən xəbəri var. Rəsmi Moskvanın Ukrayna və Yaxın Şərqdə başı qarışıqdır, Tehranın isə Yaxın Şərqdə problemləri, müharibəyə cəlb olunma ehtimalı var. Ola bilər ki, Cənubi Qafqazdakı dalğanmanın qarşısının alınması üçün Rusiya və İran Azərbaycanla razılığa gəlib. Prosesi məhz rəsmi Bakının dayandırması gözləniləndir"./Globalinfo.az

Siyasi       Tarix: 10 avqust 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bu gun son xeber zelzele krminal bu gun