Ermənistanda anti-Rusiya dalğası: "Onlar bizim dostumuz deyillər"
Ermənistanda "onlar bizim dostumuz deyil" şüarı altında anti-Rusiya əhval-ruhiyyəsi günü-gündən artır.
KONKRET.az xəbər verir ki, bu barədə Fransa mediasında yazı dərc olunub.
Qeyd edilib ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya təcavüzü keçmiş Sovet İttifaqı ölkələrində çaşqınlıq yaradıb və Moskvanın ənənəvi tərəfdaşlarını başqa ölkələrdə müttəfiq axtarmağa sövq edib. Bu ölkələrin arasında Ermənistan da istisna deyil.
Agentlik İrəvanın yerli sakinlərinə istinadən xəbər verir ki, indi bir çox ermənilər Ermənistanın KTMT və Rusiyanın təsir dairəsini tərk edəcəyi günü xəyal edir.
Belə ki, İrəvanın 26 yaşlı sakini Artur Sarkisyan bildirib ki, Moskva etibarsız tərəfdaşdır və İrəvan müttəfiqlərini başqa yerdə axtarmalıdır: "Mən Ermənistanın KTMT-dən çıxacağı günü və Rusiyanın siyasi təsirini arzulayıram. Ermənistana çətin anlarda kömək etmədi".
Digər İrəvan sakini də Sarkisyanın mövqeyinə qoşularaq qeyd edib: "Ermənistan real yardım ala biləcəyi Şimali Atlantika Alyansına qoşulmalıdır. Rusiya bizə kömək etmir, onlar bizim dostumuz deyil".
Bununla belə, məqalə müəllifləri qeyd edirlər ki, İrəvanın sonrakı trayektoriyası qeyri-müəyyəndir. Bir çox analitiklərin fikrincə hələlik Ermənistan KTMT-dən çıxmağı öhdəsinə götürə bilməz.
Günel Mikayılova,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir