"Ermənistanda Azərbaycanın agenti kimdir? - İrəvan çalxalanır

"Həm Samvel Babayan, həm də Vitali Balasanyan Vətən müharibəsinə qədər birmənalı olaraq Azərbaycana qarşı fəaliyyətləri ilə xüsusilə seçilən fiqurlar olub. Zaman-zaman hər 2 şəxs Qarabağdakı qondarma quruma aid "müdafiə ordusu"nda çox yüksək vəzifələr tutublar və Qarabağdakı erməni separatçıları arasında daim nüfuza malik olublar".
KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.
Hərbi ekspert Ermənistana qaçan separatçı liderlərin Azərbaycan tərəfindən həbs edilməməsi ilə "Hraparak" nəşrinin ortaya atdığı iddiaya münasibət bildirib. Belə ki, qəzetin iddiasına görə, Ermənistana gələn şəxslər Azərbaycanın agentidir və Bakı ilə danışıqlar sayəsində canlarını qurtara biliblər.
Ə.Verdiyev xatırladıb ki, Ermənistanın Vətən müharibəsindəki məğlubiyyətindən sonra Balasanyanla Babayan Azərbaycanla dialoqa getmək və reinteqrasiya məsələlərində əməkdaşlıq etmək tərəfdarı olub:
"Onların Azərbaycan ərazilərindən neçə çıxdığını, yaxud çıxarıldığını deyə bilmərəm, amma bir şeyi deyə bilərəm, Rusiya çox yaxşı anlayır ki, Qarabağdan olan və separatçı rejimdə istənilən vəzifəni tutanların artıq Ermənistanda hakimiyyəti gəlməsi mümkünsüz görünür. Ona görə də Rusiya milyarder Ruben Vardanyanı Qarabağa göndərmişdi. Əslində, Rusiya Ruben Vardanyanı Ermənistanda Nikol Paşinyanın yerində görmək istəyirdi. Zatən Rusiya Ermənistandan əl çəkəsi deyil. Sadəcə, Kremlin planlarında "Paşinyansız Ermənistan" ideyası var idi deyə, bu məqsədlə də Vardanyan Qarabağa göndərilmişdi".
Mütəxəssisin fikrincə, Balasanyan və Babayanın Ermənistanda hakimiyyətə gəlmək şansları yoxdur:
"Onlar bu şanslarını çoxdan itiriblər. Ən azından, Qarabağda baş verən proseslər və bu gün erməni xalqının başına gələn müsibətlərdə Vitali Balsanyan və Samvel Babayanın da rolu var.
Biz bəzən Rusiyanın heç də doğru olmayan addımlar atdığını, yaxud yanlış adamları önə çəkmək niyyətini görürük ki, Vardanyan da bu siyahıya daxil idi və kifayət qədər uğursuz bir seçim oldu. Ona görə də Rusiyanın Samveli, yaxud Vitalini seçməsi mümkünsüz kimi bir variant kimi baxılmamalıdır, əksinə, bu, mümkün ola bilər. Amma onların Ermənistanda hakimiyyətə gəlmək şansları demək olar ki, sıfırın altındadır".
"Hraparak" nəşri real olmasa da, sensasiya yaradacaq və yeni gündəm mövzusu açmaq məqsədilə bu kimi məlumatları ictimaiyyətə ötürmək şansını heç vaxt itirmir. İndiki vəziyyətdə də Samvelin və Vitalinin Azərbaycan tərəfindən həbs olunmaması, yaxud hansısa bir şəkildə Ermənistana keçməsini erməni nəşri bu qaydada dəyərləndirməyə, eləcə də Azərbaycan ərazilərindən çıxan erməni separatçılarına Rusiya şərait yaradıb və yaxud da bu barədə Azərbaycandan xahiş edirmiş kimi bir görüntü yaratmağa çalışır.
Əgər Rusiyanın belə bir imkanı olsaydı, yəqin ki, Moskva idarə etdiyi Vardanyanı, eləcə də onunla birlikdə həbs olunan digər separatçıları qoruyardı, amma bunu edə bilmədi. Ona görə də "Hraparak"ın yazdıqlarını, Səməndər Rzayev demiş, bir tərəfdən oxuyub, digər tərəfdən də başını buraxmaq lazımdır", – fikirlərini tamamlayıb.

Siyasi       Tarix: 28 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün valyuta mezennesi banklar xabar az sonxeberler