"Ermənistanda qısa müddətdə hakimiyyət dəyişikliyi baş verəcək" - Danielyan
"Rusiya əməli addımlar atsa, Ermənistanda çox qısa müddətdə hakimiyyət dəyişikliyi baş verəcək".
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni politioloq Stepan Danielyan səsləndirib.
O bildirib ki, Rusiyanın praktiki addımları iqtisadi sanksiyalar olacaq.
Politoloqun fikrincə, əgər Rusiya Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq etsə, o zaman qısa müddətdə insanlar sosial etirazlarla Ermənistan küçələrinə çıxacaqlar.
"Mənə elə gəlmir ki, Ermənistanın indiki hakimiyyəti bu dalğaya müqavimət göstərə bilsin. Başqa sözlə, bu, hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq", – Stepan Danielyan bildirib.
Söhbətin hansı sanksiyalardan getdiyini soruşduqda politoloq qeyd edib ki, əmək miqrantları ilə bağlı məsələlər oradakı Ermənistan vətəndaşlarının vəziyyətini çətinləşdirəcək. Ən ciddi sanksiyalar enerji sektorunda ola bilər ki, bu da qiymətlərin bahalaşmasına səbəb olacaq. Ermənistandan kənd təsərrüfatı məhsullarının ixracı məhdudlaşdırılacaq və ya tamamilə qadağan ediləcək.
"Enerji qiymətlərinin artması dəhşətli qiymət artımlarına səbəb ola bilər. Əgər Rusiya bu addımları atarsa, məncə, çox qısa müddətdə Ermənistanda hakimiyyət dəyişikliyi baş verəcək", – deyə Stepan Danielyan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"