Ermənistanda seçkilər: Rəy sorğusunun ŞOK NƏTİCƏLƏRİ
Ermənistanda seçkilərə bir həftə qalmış yeni rəy sorğularının nəticələri açıqlanıb. Nəticələrə görə, "Ermənistan" seçki bloku "Mülki Müqavilə"ni keçib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə "Gallup" beynəlxalq sorğu təşkilatının Ermənistan ofisinin rəhbəri Aram Navasardyan mətbuat konfransında bildirib.
Ofis rəhbəri Ermənistanda keçirilən seçkilərdə iştirak edən siyasi qüvvələrin reytinqini təqdim edib.
Rəy sorğusunun nəicələrinə görə, respondentlərin 24,1 faizi "Ermənistan" seçki blokuna, 23,8 faizi "Mülki Müqavilə" partiyasına səs verəcəyini açıqlayıb. Əvvəlki sorğu ilə müqayisədə "Ermənistan" blokunun göstəriciləri 3,5, "Mülki Müqavilə"nin tərəfdarları isə 1,4 faiz artıb.
Üçüncü yerdə "Mənim şərəfim var" seçki bloku 7,4 faizlə gəlir. Çiçəklənən Ermənistan Partiyasına respondentlərin 3,1 faizi səs verəcəyini bildirib. Seçicilərin 9,2 faizi heç kimə səs verməyəcəyini açıqlayıb.
Məlumat üçün bildirək ki, "Ermənistan" seçki blokuna Robert Köçəryan, "Mülki Müqavilə" blokuna Nikol Paşinyan, "Mənim şərəfim var" blokuna faktiki Serj Sərkisyan, Çiçəklənən Ermənistan Partiyasına Çarukyan liderlik edir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək