"Ermənistanı Rusiyanın caynağından qopara biləcək güc yoxdur" - AÇIQLAMA

"Hazırda Cənubi Qafqazda Rusiya – Qərb qarşıdurmasının episentri Ermənistan ərazisidir. Ermənistan Rusiyanı şantaj etməklə Qərbə doğru sürətlə irəliləmək niyyətindədir".
Bunu KONKRET.az-a açıqlamasında politoloq Tural Əliyev deyib.
Onun fikirincə, Paşinyan elə hesab edir ki, Qərb Rusiyanın hücumundan Ermənistanı müdafiə edəcək: "Məsələyə təkcə Rusiya – Ermənistan kontekstində deyil, regional baxmaq lazımdır. Rusiyanın regiona dair özünün baxış bucağı var. Hazırda Ermənistan iqtisadiyyatı bütövlükdə Rusiyadan asılıdır. Rusiya ilk növbədə sanksiya tətbiq etsə, embarqo qoysa, Ermənistan iqtisadiyyatı tamamilə dağılacaq. Belə olan halda Qərb Ermənistanı xilas edə bilərmi? İlkin olaraq müəyyən dərəcədə yardımlar edə bilər. Amma Ukrayna məsələsində görünür ki, Qərb nə qədər silah yardımı göstərsə də, son günlər narazılıqlar var. Cəbhədə də müəyyən çətinliklər mövcuddur, Ukrayna ordusu irəliləyə bilmir. Ermənistanı isə Rusiyanın əlindən heç bir qüvvə ala bilməyəcək. Hazırda Rusiyanın Ermənistana təsir rıçaqları yetərincədir. Rusiya müəyyən dərəcədə müşahidəçi mövqeyi tutub. Diplomatik kanallarla öz mesajlarını çatdırır və Ermənistan tərəfə bildirir ki, son addımları dost münasibəti kimi qəbul etmirlər. Deməli, bunun bir cavabı olmalıdır. Ermənistanda kütləvi mitinqlər hələlik alınmır. Amma bu hadisələr fonunda elə proseslər cərəyan edə bilər ki, vəziyyət həqiqətən nəzarətdən çıxar və Paşinyan hökuməti üçün mənfi nəticələrə səbəb olar. İstənilən halda Ermənistan hakimiyyəti hazırda intihar yolunu seçib. Əgər Qərb Ermənistanı Azərbaycanla şərti sərhəddə təxribata cəlb edərsə və göndərdiyi silahlar Azərbaycana qarşı tuşlanarsa, bu, Ermənistan üçün çox ağrılı cavabla nəticələnəcək. Çünki Azərbaycan Ordusunun gücünü görüblər. Cənubi Qafqazda yeni bir gərginlik ocağı yaratmaq Qərbin marağındadır. Amma Ermənistan düşünməlidir ki, bunlar erməni dövlətçiliyi üçün nə ilə nəticələnə bilər. Rusiyanın bundan qabaq istər Gürcüstan, istərsə də Ukraynadakı addımlarının qarşısında Qərb heç nə edə bilmədi. Çox güman ki, Ermənistanla münasibətdə də eyni ssenari təkrarlanacaq. Ermənistanı Rusiyanın caynağından qopara biləcək güc yoxdur".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 16 noyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gunun xeberleri valyuta mezenesi xeberler azerbaycan valyuta mezennesi banklar