"Ermənistanı sülhə və mehriban qonşuluğa dəvət edirik" - Allahşükür Paşazadə
"Azərbaycan cəmiyyətində nümunəvi birgəyaşayışın multikultural mühitin formalaşmasında İslam dininin bütün səmavi dinlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq fəlsəfəsinin müstəsna rolu danılmazdır".
KONKRET.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Bakıda keçirilən "Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
QMİ sədri bildirib ki, bu gün azad edilən torpaqlar minalardan təmizlənərək yenidənqurma işləri aparılır, işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılıb, təhqir olunmuş milli, dini, mənəvi abidələr bərpa edilir, bölgədə sülh və rifah yönündə iqtisadi layihələrlə çıxış edilir:
"Bunun əksinə, monoetnik Ermənistanda bu gün də qisasçılıq meylləri var. Biz Ermənistanı təcavüzkarlığa səsləyən nifrət çağırışlarına, revanşizm ideyalarına son qoymağa, sülhə və mehriban qonşuluğa dəvət edirik. Bütün deyilənləri ümumiləşdirsək, multikulturalizm ideyaları dünyanın bəşəriyyətin ümumi sərvətlərindən biri kimi qorunmalı, inkişaf etdirilməli, mühüm dünya problemlərinin həllində çıxış nöqtəsi olmalıdır".

Pensiya ilə bağlı vətəndaşları maraqlandıran məsələyə CAVAB
13 həftə, 13 avtomobil lotereyasında iyun ayının qalibləri bəllidir
Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır
Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO
"Bank Respublika" "Finnfund"dan 15 milyon avro cəlb edib
Bakı neftinin qiyməti 82 dolları ötdü
Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı - FOTOLAR
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İspaniya Belçikaya qarşı
İsmayıllıda avtomobil ayını vuraraq öldürüb
Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı
198 min litr pivəni qeydiyyatsız istehsal etdilər - FOTOLAR
Sabunçuda obyektdən 4 min manatlıq noutbuk oğurlanıb
Pakistan və Qətər hərəkətə keçdi: ABŞ-la İranı
Narkotikin məhv etdiyi ailə: Oğulun bezib evdən gedən anasına qarşı DƏHŞƏTLİ ƏMƏLİ – TƏFƏRRÜAT