Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər

Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - RəylərPaşinyan balans siyasətini davam etdirir: Ermənistanın Qərbə inteqrasiyası və daxili siyasi gərginlik
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqı ilə inteqrasiya kursunu davam etdirəcəyini bəyan etsə də, Rusiya ilə münasibətlərdə süni gərginlik yaratmaq niyyətində olmadıqlarını bildirib.
İrəvanda Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə keçirdiyi birgə mətbuat konfransında Paşinyan vurğulayıb ki, Ermənistan xarici siyasətdə balanslı mövqe tutur və həm beynəlxalq tərəfdaşların, həm də ölkəsinin milli maraqlarını nəzərə alır.
Digər tərəfdən, Rusiyalı erməni iş adamı və "Güclü Ermənistan" Partiyasının sədri Samvel Karapetyan isə vaxtaşırı hakimiyyətə qarşı sərt bəyanatlar səsləndirir. O, Baş nazir Nikol Paşinyanın qanuni yollarla hakimiyyətdən uzaqlaşdırılması üçün mübarizəni davam etdirəcəklərini bildirir. Parlament seçkilərindən sonra Karapetyan nəticələrə etiraz edərək yeni seçkilərin keçirilməsini və ya səsvermənin ikinci turunun təyin olunmasını tələb etdiklərini açıqlamışdı.
Politoloq Cümşüd Nuriyev azxeber.com-a açıqlamasında bildirib ki, Ermənistan Rusiyadan uzaqlaşmaq istəyirsə, ilk növbədə Avrasiya İqtisadi İttifaqını tərk etməlidir.
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər"Ermənistanda baş verən proseslər bu gün ölkənin maraqlarına uyğun inkişaf edir. Ermənistan uzun müddətdir həm Qərblə, həm də Rusiya ilə balans siyasəti yürütməyə çalışır. Lakin artıq bu siyasətin son mərhələsinə yaxınlaşılır. Əgər Ermənistan həqiqətən Rusiyadan uzaqlaşmaq niyyətindədirsə, ilk növbədə Avrasiya İqtisadi İttifaqından və Vahid İqtisadi Məkandan çıxmalıdır. Daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), eləcə də Müstəqil Dövlətlər Birliyini (MDB) tərk etməlidir. Bu baxımdan Paşinyanın səsləndirdiyi fikirlərin ciddi siyasi əhəmiyyəti yoxdur. Rusiya da bunu yaxşı anlayır".
Politoloqun sözlərinə görə, Qərb üçün Cənubi Qafqaz mühüm geosiyasi əhəmiyyət daşıyır.
"Qərb Cənubi Qafqaza xüsusi önəm verir və Ermənistan vasitəsilə Rusiyanın bölgədəki təsirini zəiflətməyə çalışır. Gürcüstan bunu vaxtında gördü. Saakaşvili dövründə yaşanan hadisələr və sonradan İvanişvilinin hakimiyyətə gəlişi bunun nümunəsidir. Gürcüstan müəyyən mənada siyasi çıxmaza düşüb və hələ də həmin vəziyyətdən tam çıxa bilməyib. Bu səbəbdən Paşinyanı yalnız bu siyasətə görə qınamaq düzgün olmaz".
Ekspert bildirib ki, Azərbaycan isə Avropanın diktə etmək istədiyi qaydaları qəbul etmir.
"Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və Prezident İlham Əliyev ölkənin milli maraqlarını prioritet hesab edir. Avropada isə bu yanaşmadan narahat olan siyasi dairələr var. Həm Türkiyəyə münasibətdə müəyyən siyasi qısqanclıq mövcuddur, həm də Azərbaycan-ABŞ münasibətlərinin yüksək səviyyədə olması bəzi Avropa ölkələrini narahat edir. Müxtəlif vasitələrdən istifadə etsələr də, Azərbaycanın bir sıra Avropa dövlətləri ilə münasibətlərini dəyişə bilmirlər".
Cümşüd Nuriyev hesab edir ki, Paşinyan Azərbaycanla sülh sazişinin ilkin variantını imzalamalıdır.
"Paşinyan səsləndirdiyi fikirlərə tam əməl etmir. Ən azı Azərbaycanla sülh sazişinin ilkin variantı imzalanmalıdır. Azərbaycanın əsas tələblərindən biri Ermənistan Konstitusiyasında dəyişiklik edilməsidir. Bu məsələ sülh sazişində öhdəlik kimi əksini tapa bilər. Ermənistan referendum keçirərək Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməyi öhdəsinə götürə bilər. Referendumdan sonra bu dəyişikliklər Konstitusiyada da təsbit olunar. Lakin Paşinyan bu barədə açıq danışmır və yenidən hakimiyyətə gəldikdən sonra da ciddi problemlərlə üzləşib".
Politoloq əlavə edib ki, hazırda Paşinyanı daha çox hakimiyyətdə qalmaq məsələsi düşündürür.
"Ermənistan nə MDB-dən, nə də Avrasiya İqtisadi İttifaqından çıxmasa və Rusiyanın təsirindən qurtulmasa, ölkədə ciddi dəyişikliklərin baş verməsi çətin olacaq. Hazırda Paşinyan üçün əsas məsələ hakimiyyətdə qalmaqdır. Onu nə Ermənistanın gələcəyi, nə də Cənubi Qafqazda baş verən proseslər kifayət qədər düşündürür. Hadisələrin gedişi göstərir ki, qloballaşan dünyada Ermənistan bu problemləri təkbaşına həll edə bilməyəcək. Əgər ölkə regional proseslərdən kənarda qalarsa, dövlətçiliyini itirmək riski ilə üzləşə bilər. Azərbaycanın isə güclü dövləti, etibarlı tərəfdaşları və milli maraqları var. Bu səbəbdən yaxın perspektivdə bölgədə yeni müharibə gözləmirəm. Ermənistan hazırda həm Türkiyə, həm də Azərbaycana qarşı daha yumşaq siyasət yürüdür. Bununla belə, İrəvanın mövqeyi İranı qane etmir və Tehran müəyyən addımlar ata bilər".
Siyasi şərhçi Aydın Tağıyev isə hesab edir ki, Paşinyan hazırkı şəraitdə balans siyasətini qorumağa çalışır.
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər"Ermənistanın siyasi mənzərəsi Paşinyanın Qərbə inteqrasiya kursu ilə Moskva ilə münasibətləri balansda saxlamaq cəhdləri arasında formalaşıb. O, Avropa İttifaqı ilə strateji tərəfdaşlığı dərinləşdirərək Ermənistanın təhlükəsizlik və iqtisadi dayaqlarını Qərbə yönəltmək istəyir. Ursula fon der Lyayenlə görüşdə səsləndirdiyi fikirlər də bu kursun davam etdiriləcəyini göstərir. Bununla yanaşı, Moskva ilə açıq qarşıdurmadan qaçmağa çalışması vəziyyəti yumşaltmaq niyyətindən xəbər verir".
Onun sözlərinə görə, Ermənistan hazırda iki güc mərkəzi arasında həssas balansı qorumağa çalışır.
"Mişustinlə telefon danışığı Paşinyanın körpüləri yandırmamaq strategiyasının tərkib hissəsidir. O, Rusiyanın narahatlığını anlayır, lakin bu narahatlığın Ermənistanın suveren qərarlarına mane olmasını istəmir. Hazırda Ermənistan iki güc mərkəzi arasında incə balans saxlayır. Bu balans uzunmüddətli perspektivdə ya sabitlik yaradacaq, ya da yeni siyasi gərginliklərə səbəb olacaq. Paşinyan çıxışlarında milli maraqları ön plana çıxarsa da, ölkə daxilində artan narazılıq bu siyasətin davamlılığını sınağa çəkə bilər".
Şəhanə Ziyad

Siyasi       Tarix: 02 iyul 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentin köməkçisi Azərbaycan-Meksika dostluğundan danışdı

Azərbaycan və Meksika arasında beynəlxalq təşkilatlar çərçivəsində yaxın əməkdaşlıq və sıx tərəfdaşlıq üçün böyük imkanlar var. xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xaric

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov

Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar üçün heç kim şərt qoymur. KONKRET.azxəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, Rusiya danışıqlara açıqdır

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır". Bu sözləri dövlət başçısı sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

İlham Əliyev "SABAH.city"nin açılışında - FOTOLAR

Prezident İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib. xəbər verir ki

Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək

Azərbaycanda bir sıra məhsul və xidmət bazarlarının rəqabətli bazar modelinə keçməsi hədəflənir. xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısını

Qarabağa diplomatik səfər və Ermənistanın "suverenlik sınağı"

Bəzən bir diplomatik səfər uzun siyasi bəyanatlardan daha çox həqiqəti üzə çıxarır. Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri də məhz bel

Lavrov Zarubinə güc tətbiq etdi, bunları dedi

Rusiya xarici işlər naziri Sergey Lavrov BRİKS sammitində jurnalist Pavel Zarubinlə maraqlı dialoqu ilə diqqət çəkib. KONKRET. -a istinadən xəbər verir ki, hadisə Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın Baş nazir

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib. KONKRET.azxəbə

Diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatdı

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb. xəbər verir ki, səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngl


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbər azerbaycanda son xeberler sonxeberler cəbhədən ən son xəbər