Ermənistanın başqa variantı yox idi, "çox pis" və "faciə" arasında seçim etməli idik - Qasparyan

Ermənistanın başqa variantı yox idi, Bəzi mötərizələri açmalıyıq, amma yayımlanması dövlətimizin mənafelərinə sağalmaz yara vuracaq məlumatlar var. Mənasız ittihamlar səsləndirmək əvəzinə, hərtərəfli araşdırma aparmaq və hər vəzifəli şəxsin günahkarlıq dərəcəsini müəyyənləşdirmək lazımdır.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş Qərargah rəisi Onik Qasparyan Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın ittihamlarına cavab olaraq deyib.
"Razılaşma hamımız üçün çətin olan şərtlər altında qəbul edildi. Biz "çox pis" və "faciə" arasında seçim etməli idik. Birincini seçdik. Həmin vaxt Ermənistanın başqa variantı yox idi və mən üçtərəfli bəyanatı imzalamağa çağırdım. Onda bildirdim ki, təcili danışıqlar aparmaq lazımdır və anklavlarla (Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi) bağlı maddəni bəyanatdan çıxarın. Amma digər iştirakçılar məsuliyyətdən qaçaraq ya susdular, ya da emosional açıqlamalar verdilər. Eyni zamanda, baş nazir mənim arqumentlərimi qəbul etmədi və siyasi komandası ilə müzakirədən yalnız bir neçə saat sonra bəyanatı imzaladı. Cəmiyyətin hissləri üzərində oynamayın və ucuz addımlara müraciət etməyin.
Başqa bir sual, niyə bu vəziyyətə gəlmişik və kimin günahı ucbatından müharibə bizim üçün daha əlverişli şəraitdə 19 oktyabrda dayandırılmadı? Hakimiyyət nümayəndələrinin də eyni həvəslə müharibədən əvvəl, müharibə zamanı və müharibədən sonrakı dövrdə onlara edilən bütün təkliflər barədə danışmalarını istərdim (Ağdamın əvəzinə Hadrutun qaytarılması). Əminəm ki, cəmiyyətin bütün suallarına cavab alacağı gün gələcək", - Qasparyan bildirib.

Dünya       Tarix: 12 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri axsam az xeberler cəbhədən son xeber son xeberler azerbaycan