Ermənistanın qapılarını taybatay açmaq - "Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir"

Ermənistanın qapılarını taybatay açmaq - "Bu, bir növ, ona işarədir ki, Ermənistan vaxtilə bu yolları dağıdıb və indi də blokadada olduğuna dair hay-həşir salır. Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, ilk növbədə Zəngəzur yolu işlək vəziyyətə gətirilməlidir".
KONKRET.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Mövzuya giriş olaraq bildirək ki, Ermənistan ərazisindəki dəmir yolu şəbəkəsi "Rusiya Dəmir Yolları"na aiddir. Ermənistan-Azərbaycan münaqişəsi başlayarkən Azərbaycanı Naxçıvanla birləşdirən 42 km-lik dəmir yolu xətti sökülüb. Avqustun 8-də Vaşinqtonda imzalanmış sənədə əsasən həmin hissəni erməni-amerikan birgə şirkəti bərpa etməlidir. Lakin bu halda ziddiyyət yaranır: 42 km-lik hissə birgə müəssisəyə aid olduğu halda, Ermənistanın digər ərazilərində mülkiyyət Rusiyaya aiddir. Rəsmi İrəvan isə ölkənin digər ərazilərindəki nəqliyyat infrastrukturunu da Azərbaycanın üzünə açmağa hazır olduğunu bildirir.
T. Zülfüqarov bu məqamlara diqqət yetirərək bir daha rəsmi İrəvanın Kreml qarşısında ciddi öhdəlikləri olduğunu xatırladıb:
"İrəvan Moskvaya işarə edir ki, siz TRIPP-ə və ABŞ-nin regiona gəlməsinə icazə vermirsiniz. Onda heç olmasa, nəqliyyat infrastrukturumuzu bərpa edin. Bu, Azərbaycana dolayı təzyiqdir. Ermənistanın həm Rusiya, həm də İran qarşısında açıq və qapalı öhdəlikləri var. Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir. Trampın öhdəliklərini icra etsə, Rusiya narazı qalacaq və növbəti seçkilərdən sonra mövqeyi zəifləyəcək. İran da öz tranzit yollarını bağlaya və İrana təzyiq edər.
Paşinyan hazırda çıxış yolları axtarır, seçim qarşısındadır. O, Vaşinqton razılaşmasını icra etməyə imkanının olmadığını deməyə qorxur. Çünki bu ilin sonunadək Zəngəzurdan keçəcək yolla bağlı hansısa ilkin nəticələr olmalı idi. Ancaq görünən odur ki, heç bir irəliləyiş yoxdur. Paşinyan istəyir ki, məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atsın. Bir növ, demək istəyir ki, alternativ yollar açılsın və TRIPP layihəsi növbəti mərhələyə qalsın".
Xatırlatma: Nikol Paşinyan Rusiyadan Ermənistan ərazisində dəmir yolunun Azərbaycan və Türkiyə sərhədlərinə gedən hissələrini qısa zamanda bərpa etməyi xahiş edib. Ermənistan Baş nazirinin sözlərinə görə, o, yaxın vaxtlarda İcevandan Qazaxa dəmir yolu hissəsi ilə bağlı da Rusiya tərəfinə oxşar tələblə müraciət edəcək.
Onda, Rusiya XİN "Tramp yolu" təşəbbüsünün parametrləri ilə bağlı İrəvanla məsləhətləşmələrə hazır olduğunu bildirib. Nazirliyin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mixail Kaluqinin sözlərinə görə, erməni-amerikan layihəsinin təfərrüatları hələ öyrənilməlidir, lakin Moskva həm təşəbbüsün məzmununu, həm də Rusiyanın mümkün iştirakını müzakirə etməyə hazırdır.
Kaluqin qeyd edib ki, "bunun üçün kifayət qədər əsaslar var".
Diplomat vurğulayıb ki, bu, mahiyyət etibarı ilə üçtərəfli işçi qrupu çərçivəsində əvvəllər razılaşdırılmış marşrutun bir hissəsinə aiddir.
"Rusiya Dəmir Yollarının törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolları" şirkətimiz Ermənistanın dəmir yolu şəbəkəsini idarə etmək üçün konsessiyaya malikdir. Region Rusiya dəmir yolundan istifadə edir. Marşrut əsasən sərhədçilərimizin məsuliyyət zonasından keçəcək", – Kaluqin qeyd edib.
"Rusiyanın TRIPP layihəsində iştirakı müzakirə mövzusu deyil". Bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan bildirib.
O, Moskvanın İrəvanla TRIPP layihəsində Rusiyanın iştirakını müzakirə etməyə hazır olması ilə bağlı Rusiya XİN-in bəyanatını şərh edib: "Sevinirik ki, onlar bizimlə bunu müzakirə etməyə hazırdırlar. Əgər 160 dəfə təkrar etməyimi istəyirsinizsə, belə müzakirələr yoxdur. Mən hipotetik suallara cavab vermirəm".

Siyasi       Tarix: 21 dekabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xeber hava sonxəbərlər ən son xəbər