Ermənistanın qeyri-konstruktiv yanaşmasına görə QDİƏT-in sənədini qəbul etmək mümkün olmayıb
Ermənistanın qeyri-konstruktiv yanaşmasına görə QDİƏT-in sənədini qəbul etmək mümkün olmayıb
Bu gün Afinada keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 41-ci iclasında Azərbaycan Respublikasından Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iclasda təşkilat çərçivəsində sahəvi əməkdaşlıq məsələləri, işçi qrupların fəaliyyəti, səmərəliliyin artırılması üsulları, təşkilati məsələlər, QDİƏT-in digər ölkə və təşkilatlarla əməkdaşlığı və digər məsələlər müzakirə edilib.
Uzun müddətdir təşkilat çərçivəsində baxılmaqda olan və iqtisadi əməkdaşlığı ehtiva edən sənəd layihələri də iclasda müzakirə edilib, lakin Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşması və beynəlxalq hüququn normalarını inkar etməsi səbəbindən bu dəfə də qəbul edilə bilməyib, beləliklə üzv ölkələrin narazılığına səbəb olub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxışında ölkəmizin təşkilatda səmərəli və layihə yönlü fəaliyyətdə maraqlı olduğunu, konkret nəticələrə hədəflənmiş fəaliyyətin vacibliyini qeyd edib.
O, Azərbaycanın regionda bağlantılar sahəsində bir sıra layihələr həyata keçirdiyini, bu sahədə böyük imkanların olduğunu və QDİƏT regionunun Azərbaycanın potensialından yararlana biləcəyini də səsləndirib.
Nazir müavini regionda əməkdaşlığın inkişafı üçün həlli uzadılmış münaqişələrin böyük maneə olduğunu, QDİƏT çərçivəsində əməkdaşlığa mənfi təsir göstərdiyini, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın özünü regional layihələrdən təcrid etdiyini diqqətə çatdırıb.
Qeyd etmək lazımdır ki, Azərbaycan 2018-ci ildə təşkilatda sədrliyi həyata keçirmiş və fəaliyyətini bağlantılar sahəsində layihələr üzərində qurub. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı